00:00:00
Yazar
Admin User
01.09.2025 15:16 167 2 dəq oxuma
İdman

“Qarabağ”ın transferi

“Qarabağ”ın transferi

“Qarabağ” Fransanın “Loryan” (Lorient) komandasının hücumçusu Sambo Sumanonu heyətinə cəlb etmək istəyir.


Hazırda tərəflər arasında danışıqlar gedir. Transfer 1-2 gün ərzində yekunlaşmalıdır. Çünki “Qarabağ” Çempionlar Liqası üçün sifariş ərizəsini sentyabrın 2-də UEFA-ya göndərməlidir.


Mövzu ilə bağlı idman jurnalisti Ceyhun Məmmədov “İnformator.az”a açıqlamasında bildirib ki, komanda zəif heyətə baxmayaraq, kvalifikasiya mərhələsində inamlı oyunlar sərgiləyib:


“Əvvəla, “Qarabağ” komandasını növbəti dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsinə yüksəlməyi münasibəti ilə təbrik edirəm. Fikrimcə, kollektiv kasad heyətlə kvalifikasiya mərhələsində inamlı oyunlar sərgilədiyi üçün əlavə ruh yüksəkliyi daşıyır. Lakin UEFA Çempionlar Liqası futbolun ali etaplarından biridir və qitənin ən nüfuzlu klub turnirində samballı heyətlə iştirak etmək labüddür. “Sambo Sumano samballı futbolçudurmu?” Bu artıq müzakirəyə açıq mövzudur. Lakin seneqallı forvardın “Qarabağ”ın hücum potensialını artıracağını düşünürəm. Sumanonun son 4 mövsümdən 3-də icarə əsasında müxtəlif komandalarda top qovmasına baxmayaraq, hər mövsüm daha çox inkişaf etməsi, qolları sıralaması diqqət çəkən məqamlardandır. O, ötən mövsüm “Liqa 2”də çempion olan “Loryan”ın əsas qol silahlarından biri olub. 33 matçda 14 qol, 3 assist 24 yaşlı hücumçunun karyerasında yüksələn qrafik cızdığını sübuta yetirir. Sambonun məhz bu dönəmində “Qarabağ”a keçid etməsi, “atlılar” və onun özü üçün yaxşı addım sayıla bilər. Lakin düşünürəm ki, əlavə 1 hücumçu və yarımmüdafiəçi transferləri də rəhbərlik üçün prioritet hesab edilməlidir”.


Lalə Qurbanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər