"Qarabağ”ın uduzmasıyla Azərbaycan reytinqdə geriləyib
"Ölkənin klub reytinqi son 5 mövsümün nəticələrinə əsasən müəyyənləşir və hər turun oyunlarından sonra bəzi mövqe dəyişikliyi baş verir".
Bu sözləri idman jurnalisti, şərhçi Rövşən Binnətli "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, bu, ənənəvi prosesdir və qalibiyyət irəliləyişə, məğlubiyyət geriliyə səbəb olur, amma əsaslı yox:
"Reytinqin yüksək olması yalnız ölkənin qitə klub turnirlərində daha çox komanda ilə təmsil olunmasına təsir edir. Reytinqin yüksəlməsi üçün qitə turnirlərində iştirak hüququ qazanmış klublarımızın bütövlükdə uğurlu çıxış etməsi lazımdır. Artıq neçə illərdir Azərbaycanda taleyüklü bu missiyanı "Qarabağ" demək olar ki, təkbaşına yerinə yetirir. Ona görə klublarımız mövsümün yekununda avrokuboklara vəsiqə qazanmaqla işini bitmiş saymamalı, qitə turnirlərində Azərbaycanı layiqincə təmsil etmək barədə ciddi düşünməlidirlər".
Zəhra Möhübbətova
