00:00:00
Yazar
Admin User
26.10.2023 17:20 278 2 dəq oxuma
Sosial

“Qarabağ KOB-ları” layihəsinin təqdimatı keçirilib

“Qarabağ KOB-ları” layihəsinin təqdimatı keçirilib

İlkin mərhələdə layihə Bakı şəhəri ilə yanaşı Şamaxı, İsmayıllı, Şəki və Zaqatala rayonlarını əhatə edəcək. Məqsəd müharibə iştirakçılarının, qazilərin və şəhid ailələrinin sosial rifahının yaxşılaşdırılması,məşğulluğunun təmin edilməsinə dəstək göstərməkdir.

 

 


İNFORMATOR.AZ ARB 24-ə istinadən xəbər verir ki, proqram çərçivəsində şəhid ailələri və müharibə iştirakçılarının özləri, eləcə də ailə üzvləri arasından seçilmiş namizədlərə müxtəlif bilik və bacarıqların aşılnaması istiqamətində təlimlər keçiriləcək , sertifikatlar veriləcək. Layihə yeni iş yerlərinin yaradılmasına da imkan yaradacaq.
İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edir ki, "burada maliyənin idarə olunması, biznes planının hazırlanması, marketinq, media marketinq, insan resurslarının idarə olunması, satış mövzuları ilkin mərhələdə olacaq. Eyni zamanda da özünəməşğulluq proqramı çərçivəsində seçilən və artıq təlimlərdən keçmiş vətəndaşlara öz bizneslərini qurmaq və bunun üçün zəruri avadanlqılarala təmin olunması istiqamətində də xidmət göstəriləcək. Həmçinin, peşə təlimləri də həyata keçiriləcək. Layihə nəticəsində 50 yeni sahibkarlıq subyekti yaradılacaqdır. Bu da çox önəmlidir və onun nəticəsidir ki, yeni iş yerləri də yaradılacaq.

 

 

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev vurğulayır ki, "Sosial ötən dövr ərzində bildirim ki, 124 min fərdi, unikal bizim şəhid ailəsi üzvü və müharibə əlilimizə 308 mindən artıq xidmət göstərilib. Onların sosial ödənişləri təmin olunub. Onların mənzil təminatı, avtomobil təminatı icra olunur. Onların reabilitasiya vasitələri ulə təminatı, sosail psixoloji və fizialoji reabilitasiya proqramları icra olunubdur. O cümlədən məşğulluq proqramı icra olunubdur. və post müharibə dövründə bu kateqoriyadan olan 30 min vətəndaşımızla fərdi iş aparılıb. Onlardan 20 mini artıq tam məşğul şəxslərdir. 11 minə yaxını özünüməşğulluq proqramı çərçivəsində öz kiçik və orta, kiçik və mikro biznesini qurubdur. Təqribən 10 minə yaxın vətəndaşımız isə müxtəlif proqramlar çərçivəsində işə düzəldilib".

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər