00:00:00
Yazar
Admin User
01.10.2025 16:40 114 1 dəq oxuma
İdman

“Qarabağ” - “Kopenhagen” matçı

“Qarabağ” - “Kopenhagen” matçı

Azərbaycan təmsilçisi “Qarabağ” bu gün meydana çıxacaq. Qurban Qurbanovun komandası Bakıda Danimarkanın “Kopenhagen” klubunu qəbul edəcək. Oyun saat 20:45-də başlayacaq. Matçı Niderlanddan olan türk əsilli hakim Serdar Gözübüyük idarə edəcək.


Mövzu ilə bağlı idman şərhçisi Ceyhun Rzayev “İnformator.az”a açıqlamasında bildirib ki, bu mübarizə klub üçün çox önəmlidir:

 

“Çempionlar Liqasında mübarizə aparmaq, əlbəttə ki, bir klub üçün çox önəmlidir. “Qarabağ” üçün bu, həm maddi baxımdan gəlir deməkdir, klub, demək olar ki, öz illik büdcəsini çıxarır. Həm də ki, bu, futbolçu üçün, baş məşqçi üçün bir vitrindir. Bütün dünyanın gözü bu turnirdə olur. Futbolçun yaxşı performans göstərsə, onu yaxşı qiymətə transfer olaraq yollayıb, gəlir əldə edə bilərsən. “Kopenhagen”in ən güclü tərəfi xüsusən Elyunussinin liderliyində hücum xəttidir. Zəif tərəfi isə müdafiə mərkəzidir. Azarkeş amili də, əlbəttə ki, çox önəmlidir. Dünən məsələn, “Qalatasaray” “Liverpul”a azarkeş amilinə görə qalib gəlib. “Qalatasaray” azarkeşləri oranı möhtəşəm atmosferə çevirmişdi. O baxımdan, doğma meydan amili, azarkeş amili bu oyun üçün çox önəmlidir”.

 

Lalə Qurbanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər