00:00:00
Yazar
Admin User
12.09.2025 09:18 171 1 dəq oxuma
İdman

"Qarabağ" - "Kopenhagen" matçına qonaq azarkeşlər üçün biletlərin qiymətləri açıqlanıb

"Qarabağ" - "Kopenhagen" matçına qonaq azarkeşlər üçün biletlərin qiymətləri açıqlanıb

UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində Bakıda keçiriləcək "Qarabağ" - "Kopenhagen" (Danimarka) matçını izləmək istəyən qonaq azarkeşlər üçün biletlərin qiymətləri açıqlanıb.

 

"İnformator.az" xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

 

Biletlərin qiyməti 200 Danimarka kronu (təxminən 53 manat) olcaq. Azarkeşlər vauçer alaraq onları matç zamanı biletə dəyişəcəklər. Qeyd edək ki, "Qarabağ" Danimarka təmsilçisi ilə UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda Bakıda üz-üzə gələcək. Görüş oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də start götürəcək. 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər