Qarabağ müharibəsi iştirakçılarının Şuşa şəhərinə səfəri
Azərbaycan Respubilikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qarabağ Əlilləri və Veteranları” ictimai birliyinin “Qarabağ müharibəsi əlil və vetranlarının asudə vaxtlarının səmərəli təşkili məqsədilə turların keçirilməsi” adlı layihəsi 5.10.2022 – ci il tarixdə 28 nəfər Qarabağ müharibəsi iştirakçıları Şuşa səhərinə səfər etdi.
Layihə çərçivəsində səfər iki gün bir gecə olmaqla Qazilərimiz, Ali Baş Komandanımızın əmrinə və Müzəffər Ordumuzun qəhrəmanlığı, şücaəti nəticəsində, Şuşa şəhərinə kimi yol boyu əzəli, əbədi torpaqlarımızın azad olan rayon və şəhərlərini terrorçu, faşist, mənfur düşmənimiz ermənilər tərəfindən tanınmaz vəziyyətdə qoyduqlarını, mədəniyyətimizi, tariximizi talayaraq xarabalığa çevirdiklərinin, 30 il öncə orda yaşayan yurddaşlarımızın dağıdılmış bütün evlərinin şahidi oldular.
Şuşa şəhərində səfərdə olan Qarabağ müharibəsi iştirakçıları Şuşa qalasının ətrafını, Xan bulağını, Cıdır düzünü ziyarət etdilər, mədəni irsimizin nümayəndələrinin yenidən qaytarılan zədələnmiş heykəllərini gördülər Şuşa şəhərinə daxil olduqdan sonra “Xarı Bülbül” otelinin rəhbərliyi tərəfindən ayrılmış otaqlarda bir gecə qalmaqla, 16.10.2022-ci il tarixdə səhər yeməyindən sonra oteli tərk edərək geriyə, Bakı şəhərinə yola çıxıldı.
Şuşa şəhərinə təşkil olunan səfər zamanı yolda nəzərdə tutulmayan, yaranmış bəzi problemlərlə bağlı Azərbaycan Respubilikasının Prezident Administrasiyasının QHT-larla iş üzrə sektor müdiri cənab Vüsal Quliyevə müraciət olundu və həmin problem operativ olaraq dərhal həll edildi.
Layihənin əsas məqsədi, səfər zamanı azad olan Şuşa şəhərimizə müharibədə iştirak edən və döyüşlər zamanı əlil - veteran olan soydaşlarımızın sosial xidmətlərinin səviyyəsinin yüksəldilməsi, asudə vaxtlarının səmərəli keçirilməsindən ibarət idi.
