“Qarabağ” ən yaxşı klub seçilib
Gənclər və İdman Nazirliyinin açıqlamasında bildirilib ki, “Qarabağ” futbol klubu ölkədə 2025-ci ilin kişilərdən ibarət ən yaxşı klub seçilib.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov isə ilin ən yaxşı kişi məşqçisi nominasiyasına layiq görülüb.
Mövzu ilə bağlı idman jurnalisti Rövşən Binnətli “İnformator.az”a açıqlamasında bildirib ki, “Qarabağ"ın ilin ən yaxşı klubu seçilməsi gözlənilən idi:
“Çünki komanda ölkədaxili yarışlarda uğurla çıxış edir, ardıcıl çempionluqlar qazanır. Başlıca amil isə, təbii ki, tarixində ikinci dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanmasıdır. Komanda növlərində ən yüksək nəticəni "Qarabağ" futbol klubu qazanıbsa, deməli, onun məşqçisi də ən yaxşı nominasiyasında fərqləndirilməli idi. Respondentlər də seçimlərində haqlı və məntiqi olaraq məhz Qurban Qurbanova səs veriblər”.
Lalə Qurbanlı
