00:00:00
Yazar
Elmira Ağayeva
10.06.2026 19:37 24 2 dəq oxuma
İdman

Qarabağ növbəti mövsüm üçün heyətini genişləndirməlidir”-ŞƏRH

“Qarabağ növbəti mövsüm üçün heyətini genişləndirməlidir”-ŞƏRH

Qarabağ”ın 2026/2027-ci illər mövsümünə hazırlıq planı bəlli olub.
İyunun 10-da Bakıda bir araya gələcək Ağdam təmsilçisi hazırlığın ilk mərhələsini paytaxtda keçirəcək. Bu mərhələ iyunun 22-dək davam edəcək.


Mövzu ilə bağlı idman şərhçisi Kənan Məstəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, ötən mövsüm Qarabağ üçün çox böyük təcrübə oldu:

 


“Çünki komanda Azərbaycan futbol tarixinin ən böyük uğuruna imza ataraq çempion liqasında pley-offa qədər getdi. Uğurlu matçlar çıxartdı, böyük qələbələr qazandı. Yəni maksimum nə etmək mümkündürsə, onu elədi. Amma bu işin bir mənfi tərəfi də oldu. Qarabağ Avro Kuboka beynəlxalq səviyyəyə nə qədər yaxşı hazırlaşdısa, daxili yarışlara bir o qədər də, zəif hazırlaşdı. Çünki bütün fikir oraya yönəldildi. Nə Azərbaycan kubokuna, nə də ki, Azərbaycan çempionatına ciddi diqqət yetirilmədi. Bunun üçün lazımi ehtiyyat qüvvə qurulmadı. Komandanın fiziki hazırlığı həmin yüklənməyə əlverişli olmadı, komanda yoruldu. Üç gündən bir yol, gediş-gəliş məsələləri, həm fiziki, həm mənəvi yorğunluq, bütün bunlar hamısını nəzərə almaq lazım idi. Görünən odur ki, klub rəhbərliyi bunu nəzərə almayıb və ehtiyat qüvvə güclü saxlanılmayıb. Ehtiyat qüvvə də, güclü olmayandan sonra komandanın iki-üç cəbhədə mübarizə aparmağı real deyil və biz buna şahidlik etdik. Qarabağ kubokdan da yarımfinalda mübarizəni dayandırdı. Eyni zamanda, illərdir çempion olduğu Premyer Liqada qızıl medalları əldə edə bilmədi. Ona görə də, ötən mövsümdəki qazandığı həm müsbət, həm də mənfi təcrübə komandaya növbəti mövsümə daha düzgün və doğru hazırlaşmaq üçün çox böyük kömək olacaq. Bundan nəticə çıxardacaqlar. Bunun üçün də çox sadə yol var. Ehtiyat qüvvə düzəldilməlidir. Ehtiyat qüvvə yaxşı futbolçuların alınması, həmçinin də, say olaraq daha çox futbolçunun alınmasıdır. Məsələ təkcə yaxşı iki-üç yaxşı futbolçu almaqla demək deyil. Çünki yaxşı futbolçu yaxşı kömək deməkdir. Amma bu futbolçular zədələnə də, bilirlər. Onlar uzun marafona dözməyə də bilirlər.Bir çox şeylər ola bilər. Ona görə onların əvəzləyiciləri də olmalıdır. Əvəzləyiciləri isə say olaraq düzəltmək lazımdır. Qarabağ gedənlərdən əlavə olaraq ən azı dörd-beş əlavə futbolçu almalıdır. Məsələn, müdafiəyə ən azı iki nəfər alınmalıdır. Orta xətdə iki-üç nəfər, hücum xəttinə də, futbolçu alınmalıdır. Düzdür, alındı amma ehtiyyat qüvvə də alına bilər. Gedəcəkləri də, klubda artıq bilirlər. Heç olmasa arada üç-dörd yaxşı futbolçu fərqi olmalıdır. Yaxşı heyət, ehtiyat qüvvə qurularsa, Qarabağın növbəti mövsümünə həm daxili yarışlarda, həm də beynəlxalq yarışlarda uğur qazanma ehtimalı böyükdür”.


Nuray Əliyeva

#Azərbaycan #Qarabağ
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər