"Qarabağ" sarı vərəqə alıb, 700 manat cərimələnib
Misli Premyer Liqasında intizam qaydalarının pozulması növbəti cərimə ilə nəticələnib. “Qarabağ”ın bir oyunda bir neçə sarı vərəqə alması klub üçün maliyyə sanksiyasına səbəb olub.
Mövzu ilə bağlı idman jurnalisti Ceyhun Rzayev "İnformator.az"a açıqlamasında deyib ki, futbolda bu cür hallar normaldır:
"Futbolda tək "Qarabağ"ın yox, demək olar bütün komandaların oyunlarında oyunçular əksək vaxt bir neçə sarı vərəqə alırlar. Bunun nə oyun üslubu, nə də intizamsızlıqla əlaqəsi var. Bu futboldur, gərginlik çox olur. Gərginliyin olması ilə sarı vərəqə almaq ilə nəticələnir".
Zəhra Möhübbətova