00:00:00
Yazar
Admin User
10.02.2026 12:53 35 1 dəq oxuma
İdman

"Qarabağ" son dəqiqə qolu ilə qalib gəlib

"Qarabağ" son dəqiqə qolu ilə qalib gəlib

"Qarabağ" Misli Premyer Liqasının XIX turunda "Şamaxı"nı məğlub edib.

 

"İnformator.az" xəbər verir ki, Şamaxı şəhər stadionundakı qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

14-cü dəqiqədə meydan sahiblərinin heyətində Oruc Məmmədov hesabı açıb. 18-ci dəqiqədə Ağdam təmsilçisinin yarımmüdafiəçisi Joni Montiel cərimə zərbəsindən baxımlı qola imza atıb. 90+4-cü dəqiqədə Kamilo Duran adını tabloya yazdırıb.

Bu nəticədən sonra xallarının sayını 42-yə çatdıran "Qarabağ" ikinci pillədə qərarlaşıb. 23 xalı olan "Şamaxı" 8-ci sıradadır.

Günün ikinci oyununda "Neftçi" "Qəbələ"ni qəbul edəcək.

Qeyd edək ki, XIX turun daha əvvəl keçirilən görüşlərində "Sabah" "Araz-Naxçıvan"ı (4:1), "Zirə" "Sumqayıt"ı (3:2), "Turan Tovuz" "Karvan-Yevlax"ı (1:0) üstələyib, "İmişli" - "Kəpəz" görüşündə isə hesab açılmayıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər