00:00:00
Yazar
Elmira Ağayeva
20.08.2026 20:50 79 2 dəq oxuma
İdman

“Qarabağ” - “Tvente”: pley-off mərhələsinin ilk oyunundan nə gözlənilir?

“Qarabağ” - “Tvente”: pley-off mərhələsinin ilk oyunundan nə gözlənilir?


“Qarabağ” UEFA Konfrans Liqasının pley-off mərhələsində bu gün ilk oyununu keçirəcək. Ağdam klubu Niderlandın “Tvente” komandasının qonağı olacaq. Qarşılaşma Ensxededəki “Qrols Veste” stadionunda Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Komandalar arasında cavab oyunu avqustun 27-də Bakıda keçiriləcək.


Mövzu ilə bağlı idman eksperti Kənan Məstəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, 15-20 dəqiqədə qapımızda qol buraxmadığımız halda, həm müdafiədə daha rahat davrana, həm də topu orta xəttə çəkərək hücumlarımızı daha iddialı qura bilərik:


 "Tvente"nin oyun ssenarisi, prinsip etibarilə, gözləniləndir. Komanda daha çox hücuma meyllidir; istər ön, istər arxa, istərsə də orta xətt oyunçuları ilə toplu şəkildə hücumda iştirak edirlər. 4-3-3 taktikası ilə oynayırlar və ümumilikdə qələbəni hücumda axtarırlar. Bununla bərabər, müdafiələrimizdə də problemlər olduğu üçün əsasən müdafiə olunaraq əks-hücumlarda bəxtimizi sınamalıyıq. "Qarabağ" əks-hücuma keçməyi yaxşı bacarır. Yəni müdafiədə problemlərimiz olsa da, ümumilikdə bir qədər geridən oynayaraq, təmkinli davranaraq şansımızı gözləməliyik. Ələ keçirdiyimiz topu sürətlə hücum xəttinə və cinahlara ötürməklə çevik əks-hücumda rəqibi yaxalaya bilərik. Ssenari olaraq düşünürəm ki, "Tvente" oyuna sürətli başlayacaq və hücumlar edəcək. Bu durum təxminən 15-20 dəqiqə davam edəcək. Bundan sonra isə yavaş-yavaş oyunun sürəti bərabərləşəcək, çünki uzun müddət dayanmadan hücum etmək mümkün deyil. İlk 15-20 dəqiqədə qapımızda qol buraxmadığımız halda, həm müdafiədə daha rahat davrana, həm də topu orta xəttə çəkərək hücumlarımızı daha iddialı qura bilərik. İnanıram ki, "Tvente" matça daha istəkli başlayacaq, lakin oyun bərabərləşdikdən sonra biz də öz hücumlarımızı quraraq qol və ya qollar vurmağa çalışacağıq".


Samirə Allahverdizadə ‎

#Qarabağ #Tvente
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər