“Qarabağ” U-19 komandası Gənclər Liqasının əsas mərhələsində!
"Qarabağın həm əsas, həm də U-19 komandasının Avropa Kubokunda iştirak etməsi o deməkdir ki, artıq Avropadan yüksək səviyyəli komandalarla təkcə "Qarabağ"ın əsası yox, həm də yeniyetmələrdən ibarət komandaları da mübarizə aparacaq. Bu isə ən azı həmin futbolçuların təcrübə toplamalarına imkan verəcək. Təsəvvür edin ki, "Çelsi", "Napoli" və s. Kimi komandalara qarşı oynayırsan və burda heyətlə uduzsan belə beynəlxalq oyun təcrübəsi qazandırır".
Bu sözləri Sportnet.az saytının baş redaktoru Elşən Məmmədov "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, bu gələcəkdə daha da böyüməyə, inkişad etməyə şəraitdir:
"Burada qazanan Azərbaycan futbolu olur. Yeni futbolçular, gənc təcrübəli oyunçular artır və gələcəkdə Milli komanda üçün çox faydalı olurlar. Ümid edirəm ki, uğur bizim olacaq".
Zəhra Möhübbətova
