“Qarabağ” üçün ağır qrafik
UEFA Çempionlar Liqasının pley-off mərhələsində mübarizə aparacaq “Qarabağ” fevral ayında həm avrokuboklar, həm də Premyer Liqa cəbhəsində ciddi sınaqla üz-üzədir. Ağdam klubu 24 gün ərzində 7 oyuna çıxacaq ki, bu da komandanın fiziki hazırlığı, rotasiya imkanları və zədə riskləri baxımından böyük yük deməkdir.
Mövzu ilə bağlı idman jurnalisti Ceyhun Rzayev "İnformator.az"a açıqlamasında bildirib ki, Çempionlar Liqasında iki oyun, Azərbaycan Çempionatında oyunlar və Azərbaycan kubokunda oyunlar ilə "Qarabağ"ı çox sıx qrafik gözləyir:
"Müasir futbolda artıq belədir. 3-4 gündən bir oynamağa öyrəşməlidirlər. "Qarabağ" üçün əlbəttə, çətin olacaq. "Qarabağ" Azərbaycan Kuboku və çempionat oyunlarında yəqin ki, 2-ci heyətlə oynayacaq. Məsələn, hazırda davam edən kubok oyununda "Şamaxı"ya qarşı "Qarabağ" 2-ci heyəti buraxar və ilk hissədən sonra 2-0 məğlub olar. Klub yerli çempionatda və kubokda uğursuzluqlar yaşaya bilər. Süni örtüklü qazonda oynamaq isə həmişə zədə riskini artırır. "Qarabağ" süni örtükdə oyunöncəsi məşqdən belə imtina edir. Baş məşqçi Qurban Qurbanov buna ciddi fikir verir".
Zəhra Möhübbətova
