00:00:00
Yazar
Admin User
25.11.2025 19:42 130 2 dəq oxuma
İdman

“Qarabağ” üçün tarixi gecə

“Qarabağ” üçün tarixi gecə

"Qarabağ" bu gün Avropa arenasında mövsümün ən ağır səfər oyunlarından birinə çıxır. Rəqib İtaliya futbolunun köklü və güclü təmsilçisi Napolidir.

 

Mövzu ilə bağlı idman eksperti Ceyhun Rzayev "İnformator.az"a açıqlama verib:


"Ağır oyun olacaq. “Qarabağ”ı çətin bir matç gözləyir. Turnir cədvəli də Napolini yalnız qələbəyə vadar edir. Çünki onların dörd oyundan sonra dörd xalı var və onlar da Play-off-a qalmaq istəyirlər. Bunun üçün mütləq evdə- İtaliyada oynadıqları üçün qalib gəlməlidirlər. Napolinin heyətində xeyli zədəli futbolçu var. Başda Lukaku və De Bruyne olmaqla bu, “Qarabağ” üçün üstünlükdür. “Qarabağ”da isə Kadinin olmaması çox böyük itkidir, qalan hər şey qaydasında görünür.
“Qarabağ” bilir ki, istənilən rəqibə qarşı öz futbolunu oynayır, başa-baş mübarizə aparır, pressinqlərdən istifadə edir. İkili mübarizələr çox şeyi həll edəcək. Bizim futbolçular ikili mübarizələrdə uduzmamalıdırlar".


Ekspert qeyd edib ki, “Qarabağ”ın dörd oyundan sonra yeddi xalı var:

 

"Bu oyundan bir xal götürə bilsə, ilk 24-ə qalmaq üçün böyük bir addım olar. “Qarabağ” heç vaxt taktikasını dəyişmir: komanda yalnız bir taktikasına sadiqdir. Yalnız “Chelsea” ilə Bakıdakı matçın son 15 dəqiqəsində Qurban Qurbanov beş müdafiəçili sistemə keçdi. Ona görə bu gün olacaq oyunda da “Qarabağ” yenə 4-2-3-1 sistemi ilə oynayacaq. Əsas odur ki, “Qarabağ” öz futbolunu oynasın və Napolini özü ilə hesablaşmağa vadar etsin. Bu oyunu tarixi şans adlandırmaq olar. Ümumiyyətlə, bundan sonrakı hər oyun “Qarabağ” üçün tarixi şansdır. Çünki dörd oyundan yeddi xalı var. Sonrakı dörd oyundan dörd xal götürə bilsə, 11 xalla “Qarabağ” Play-off-a adlaya bilər, yəni ilk 24-ə düşə bilər. Bu gün qazanılacaq bir xal “Qarabağ”ı Play-off-a çox yaxınlaşdıracaq. Lukaku ilə De Bruyne artıq neçə vaxtdır zədəlidirlər, yoxdur. Amma Napoli onlarsız da nəticə qazanmağı bacarır. Buna misal kimi, şənbə günü İtaliya çempionatının son turunda Atalantanı 3:1 hesabı ilə məğlub etmələrini göstərmək olar. Yəni böyük komandalar üçün əsas futbolçuların əvəzediciləri də yüksək səviyyəli olur. Ona görə onların yerinə oynayan futbolçular da "Qarabağ" üçün təhlükə yarada bilər".


Ayan Sədi

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər