00:00:00
Yazar
Admin User
31.07.2025 18:08 151 1 dəq oxuma
İdman

“Qarabağ” UEFA reytinqində irəliləyib

“Qarabağ” UEFA reytinqində irəliləyib

Azərbaycan çempionu “Qarabağ” UEFA reytinqində mövqeyini bir qədər də gücləndirib.


"İnformator.az" "Qol.az"a istinadən xəbər verir ki, bu, Ağdam təmsilçisinin UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində İrlandiyanın “Şelburn” komandası ilə hər iki matçdakı qələbəsi (1:0, ilk oyunda 3:0) sayəsində mümkün olub.

 

Qurban Qurbanovun komandası bu uğur sayəsində ÇL-də 3-cü raunda vəsiqə qazanıb.

 

Ağdam təmsilçisi bu oyunlardakı qələbələrə görə UEFA reytinqində 4 pillə irəliləyərək 65-ci yerə qalxıb. Azərbaycan çempionu 2024/25 mövsümünü reytinqində 69-cu yerdə başa vurmuşdu.

 

Reytinq son 5 mövsümün nəticəsinə əsasən hazırlanır.


Xatırladaq ki, “Qarabağ”ın dünən “Şelburn” üzərindəki qələbəsindən sonra Azərbaycan da UEFA reytinqində 29-cu yerdən 28-ci pilləyə yüksəlib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər