00:00:00
Yazar
Səadət Əlizadə
25.05.2026 18:11 27 2 dəq oxuma
Sosial

Qarabağ Universitetində xarici tələbələr dünyanın gələcəyini müzakirə edir

Qarabağ Universitetində xarici tələbələr dünyanın gələcəyini müzakirə edir

Qarabağ Universitetində keçirilən QUMUN 2026 konfransının ikinci günü komitə sessiyaları və diplomatik müzakirələrlə davam edib. Yerli və xarici iştirakçılar BMT-nin Təhlükəsizlik Şurası, UNESCO, İqtisadi və Sosial Şura və Beynəlxalq Ədalət Məhkəməsinin iclas və sessiyalarını simulyasiya edərək Asiya, Avropa, Afrika, Şimali Amerika, Cənubi Amerika və Avstraliya qitələrindən müxtəlif ölkələrin diplomatları rolunda müxtəlif mövzular ətrafında intensiv debatlar aparıblar.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli bildirib ki, Qarabağ Universitetində QUMUN 2026 konfransının təşkili və dünyanın altı qitəsindən gələn gənclərin Qarabağda qlobal problemləri, dünyanın gələcəyini müzakirə etməsi həm Azərbaycanın beynəlxalq təhsil imici, həm də regional dirçəliş kontekstində müstəsna əhəmiyyətə malik tarixi bir hadisədir:


“Xarici tələbələrin məhz Qarabağda bir araya gəlməsi Azərbaycanın beynəlxalq təhsil imicinə, hər şeydən əvvəl, yüksək multikultural və təhlükəsiz təhsil mərkəzi statusu qazandırır. Uzun illər münaqişə zonası kimi tanınan bir regionun bu gün fərqli ölkələrin diplomat qismində çıxış edən gənclərinin qlobal debatlarda idarə olunduğu bir intellektual platformaya çevrilməsi, ölkəmizin dünyaya verdiyi ən güclü sülh və inkişaf mesajıdır. Bu konfrans dünyaya nümayiş etdirir ki, Azərbaycan təkcə paytaxt Bakıda deyil, regionlarında da beynəlxalq standartlara cavab verən, qlobal gəncliyi cəlb edə bilən güclü akademik infrastruktur və intellektual mühit formalaşdırır. Beynəlxalq tələbələr öz ölkələrinə qayıtdıqda Azərbaycanın, xüsusən də Qarabağın könüllü səfirlərinə çevrilirlər ki, bu da gələcəkdə ölkəmizə yönələcək akademik axını və xarici tələbə sayını eksponent olaraq artıracaq mühüm bir yumşaq güc alətidir.
Qarabağ Universitetinin fəaliyyətə başlamasından belə qısa müddət keçməsinə baxmayaraq, beynəlxalq tələbələrin və qlobal layihələrin diqqət mərkəzinə çevrilməsini olduqca, yüksək və strateji bir uğur kimi qiymətləndirirəm. Yeni yaradılan bir ali təhsil müəssisəsinin qısa zamanda qlobal miqyaslı simulyasiya konfranslarına (Model UN) ev sahibliyi etməsi, universitet rəhbərliyinin və dövlətin bu layihəyə qoyduğu idarəetmə keyfiyyətinin və resursların birbaşa göstəricisidir. Bu sürətli inteqrasiya sübut edir ki, Qarabağ Universiteti regional səviyyəli lokal bir məktəb olmaq üçün deyil, ilk gündən qlobal rəqabətə tab gətirə biləcək rəqəmsal və müasir bir beyin mərkəzi olmaq hədəfi ilə qurulub. BMT-nin əsas komitələrinin simulyasiyasının Qarabağda aparılması bu təhsil ocağının təkcə tədrislə məhdudlaşmadığını, həm də gənclərdə liderlik, diplomatiya və qlobal məsuliyyət hissini aşılayan canlı bir ekosistem olduğunu göstərir. Bu tempin qorunması yaxın gələcəkdə Qarabağ Universitetini regionun aparıcı beynəlxalq elm və təhsil qovşağına çevirəcəkdir”.

 

Səadət Əlizadə

#gələcəyini #yeni #universitetində #xarici
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər