"Qarabağ" V turdan sonra bir nominasiyada ilk "3-lük"də yer alıb
"Qarabağ" klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk beş oyununda rəqiblərdən top almağa görə üçüncü pillədə qərarlaşıb.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında idman eksperti Kənan Məstəliyev bildirib ki, Qarabağın bu göstəricisi hücum futbolu oynamasından irəli gəlir. Hücum futbolu oynamağını ortaya qoyur. Bu, Qarabağın artıq neçə illərdir formalaşan oyun tərzidir:
“Bu barədə baş məşqçi Qurban Qurbanov dəfələrlə açıqlamalar verərək, rəqibin kimliyindən asılı olmayaraq, gücündən, tarixindən, böyüklüyündən asılı olmayaraq, Qarabağın hücum futbolu oynadığını və oynayacağını deyib və əyani şəkildə də, bunu sübut eləməyə davam edir. Qarabağ hazırda çempion liqasında oynadığı rəqiblər, təbii ki, hamısı ad olaraq da, maliyyə olaraq da, Qarabağdan güclü olmağına baxmayaraq Qarabağ onların heç birindən çəkinmir. Hücum futbolu oynayır, fəal futbol oynayaraq xoşbəxtliyi hücumda axtarır, yəni öz qapılarında oturaraq müdafiə olunmaqla xal qazanmağı artıq qarabağ oyun tərzi olaraq özündən uzaqlaşdırıb. Bunun təbii ki, müsbət və mənfi tərəfləri var. Mənfi tərəfi odur ki, hücum edən tərəf həmişə müdafiəsini açıq qoyur və daha çox qol buraxma ehtimalı var. Müsbət tərəfi isə ondan ibarətdir ki, komanda rəqib qapısına yaxın olur, daha çox qol epizodları yaradır və daha çox qol vurmaq imkanı əldə edir və belə də qələbəyə daha yaxındır. Yəni bu, seçim məsələsidir. Qurban Qurbanov komandasına baxımlı, gözəl, sürətli futbol oynatmağı təbliğ edir və görünən odur ki, bu oyun tərzi Qarabağa uğur gətirir. Elə Çempionlar Liqasının ilk beş turundakı göstərilən, əldə edilən nəticələrdən başqa, həm də, nümayiş etdirən futbolda istər Azərbaycan, istərsə də, Avropa futbol azarkeşlərini razı salır. Qarabağ bu tempdə davam etməlidir və edəcəkdir. Və mən düşünürəm ki, bu statistika göstərir ki, Qarabağ doğru yoldadır və bu yolu davam etdirdiyi təqdirdə daha böyük uğurlara imza atmaqda davam edəcək “.
Reyhan Quliyeva
