00:00:00
Yazar
Admin User
14.12.2023 12:09 296 2 dəq oxuma
Sosial

Qarabağda peşə təhsil müəssisələri tikiləcək

Qarabağda peşə təhsil müəssisələri tikiləcək

Yeni tədris ilindən Qarabağda yeni məktəblərlə yanaşı peşə təhsil müəssisələri də tikiləcək. Artıq bu peşə müəssisələrində tədrisə cəlb ediləcək şəxslərin də sayı müəyyən edilib. Həmin şəxslər yeni pilot layihə əsasında peşə təhsili alacaqlar.

 

İşğaldan azad olunmuş ərazilərdə 8 yeni peşə təhsil müəssisəsinin tikiləcək və yararsız vəziyyətə düşən peşə məktəbləri yenidən qurulacaq. Həmin müəssisələrin artıq bir neçəsində tikinti işlərinə başlanılıb.

 

Təhsil Naziri Emin Əmrullayev bildirib ki, Füzuli şəhərində yeni peşə təhsil müəssisəsinin təməli qoyulub və bu proses, artıq tikinti prosesinə başlanılıb.

 

"2 ildən sonra təxminən biz artıq Füzuli şəhərində tamamilə yeni peşə təhsilinin tələbələrini görə biləcəyik. Şuşa şəhərində olan yeni peşə təhsil müəssisəsinin deməli yenidən qurulma prosesinə start verilib. Qarabağ universitetinin tərkibində də, Xankəndi şəhərində də 1 peşə təhsili müəsissəsinin olması planlaşdırılır, artıq onun da yeri və müəyyən mənada ilkin planlarımız var. Təbii ki bu planlar təsdiq olunmalı və daha sonra yola çıxmalıyıq".

 

Təhsil Naziri əlavə edib ki, Qarabağda fəaliyyətə başlayacaq peşə təhsil müəssisəsində 6 min nəfərin tədrisə cəlb edilməsi nəzərdə tutulur.

 

"Tədris prosesi yeni pilot layihə əsasında həyata keçiriləcək. Həyata keçiriləcək layihə həm də doğma yurda geri dönən sakinlərin əmək fəaliyyətinin artırılmasına xidmət edəcək".

 

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev qeyd edib ki, təbii ki bu iş aparılarkən bizi maraqlandıran hissə bu şəxslərin məşğuluq imkanlarının qiymətləndirilməsidir.

 

"Biz hər bir vətəndaşla fərdi qaydada görüşürük, həmin şəxsin məşğuluq imkanlarını qiymətləndiririk. Bu prosesdə biz ciddi şəkildə iştirak edirik. 2-ci istiqamətimiz isə həmin ərazilərdə iş yerlərinin müəyyən olunması və bu iş yerləri ilə həmin əraziyə köçürülən şəxslərin bir-biriynən əlaqələndirilməsi, uzlaşdırılması kimi bir fəaliyyəti həyata keçiririk".

 

Nazir müavini eyni zamanda qeyd edib ki, həmin ərazilərdə əmək bazarının öyrənilməsi ilə bağlı qurum mütəmadi olaraq fəaliyyət göstərir.

Sərxan 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər