00:00:00
Yazar
Admin User
14.07.2023 10:30 356 2 dəq oxuma
Sosial

Qarabağda yenidənqurma işləri davam edir

Qarabağda yenidənqurma işləri davam edir

2026-cı ilədək Qarabağa azı 66 min sakinin geri qayıdışı nəzərdə tutulur. Səhiyyə infrastrukturu üzrə Ağdam və Füzuli şəhərlərində 2 mərkəzi xəstəxananin tikintisinə yaxın zamanlarda başlanılacaq. Hər iki şəhərdə həmçinin açıq hava altında İşğal muzeyləri də olacaq.

 

 Sosial infrastruktur baxımından 2026-cı ilin sonunadək Qarabağ iqtisadi rayonu üzrə Ağdam və Füzuli şəhərlərində 8 yaşayış məhəlləsinin tikintisi nəzərdə tutulur. Hadrut və Suqovuşan qəsəbələrində isə 32 kənd salınacaq. Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Ağdamın dirçəlişi” adlı tədbirdə çıxışında bildirdi ki, artıq Talış kəndində 1-ci faza üzrə 20 fərdi yaşayış evi, 10 qeyri-yaşayış obyekti tamamlanaraq keçmiş məcburi köçkünlərə təhvil verilib.

 

Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib ki, hazırda 4 məktəb layihəsi də həyata keçirilir: “Tərtər rayonunun Suqovuşan tam orta məktəbində bərpa işləri yekunlaşıb, Talış kənd tam orta məktəbi və uşaq bağçası isə artıq istifadəyə verilib. Ağdam şəhərində 2, Füzuli şəhərində isə 1 uşaq bağçası üzrə layihələndirmə işləri aparılır. Şübhəsiz ki, mədəni və dini irsin qorunub saxlanması bizim digər prioritetimizdir. Hazırda Ağdamdakı Cümə və Qiyaslı məscidləri bərpa olunur, Suqovuşan və Hadrut qəsəbələrində isə yeni məscidlərin tikintisi üzrə layihələndirmə işləri aparılır”.

 

Emin Hüseynov həmçinin Böyük Qayıdışa dair birinci Dövlət Proqramına uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə bütün bərpa və reabilitasiya prosesinin mərhələləri barədə də məlumat verib: “Bərpa və reabilitasiya prosesini 3 əsas mərhələyə bölmək olar. 1-ci mərhələdə 2026-cı ilədək Qarabağ iqtisadi rayonu üzrə 2 şəhər mərkəzinin və 32 kəndin tikilməsi, 3 məntəqənin turizmyönlü inkişaf etdirilməsi, torpaq islahatı ilə bağlı təkliflərin hazırlanması və ən azı 66 min sakinimizin öz dədə-baba torpaqlarına geri qayıdışının təmin edilməsi qarşımızdakı əsas hədəflərdir”.

 

Xarici İşlər naziri Ceyhun Bayramov bildirib ki, Azərbaycan dövləti ən yüksək standartlarla Qarabağı bərpa etməyə qadirdir. Bu istiqamətdə maliyyə resursunun təmin edilməsi üçün  Dövlət büdcəsinə yenidən baxıldığını xatırladan nazir qeyd edib ki, büdcəyə əlavə edilən 3,1 milyard manatın mütləq əksəriyyəti Qarabağın dirçəldilməsinə  yönəldiləcək: “Qarabağımızın dirçəlməsi istiqamətində aparılan işlər üçün dost dövlətlərin aparıcı şirkətlərinin cəlb edilməsi, dünyada mövcud olan ən müasir texnologiyalar barədə məlumatların əldə edilməsi, ölkəmizdə olan həmkar qurumlara ötürülməsi də əsas işlərdəndir. Ən böyük və ciddi problem olan mina təhlükəsi sahəsində bu mövzunun beynəlxalq qurumların, təşkilatların gündəliyində saxlanılmasında, günahkarların ifşa edilməsində, ölkəmizə yardımların artırılması istiqamətində işlərimiz davam etməlidir”.

 

Qarabağda həyata keçirilən yenidənqurma və bərpa işləri zamanı ən əsas problemlərdən biri ərazilərin minalarla hədsiz çirklənməsidir.

 

Qarabağ iqtisadi rayonu daxilində işğaldan azad edilmiş ərazilərin 18,1 faizi- yəni 42 min 635 hektar ərazi minalardan və digər partlamamış hərbi sursatlardan təmizlənib. Qeyd olunan təmizlənmiş ərazilərdə indiyədək 61 min 163 mina və partlamamış hərbi sursat aşkarlanıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər