00:00:00
Yazar
Admin User
22.08.2023 10:06 352 1 dəq oxuma
Sosial

Qayıdışın mübarək Azərbaycan xalqı! Mübariz Göyüşlü

Qayıdışın mübarək Azərbaycan xalqı! Mübariz Göyüşlü

Arzuladığımız və uğrunda çalışdığımız anlar baş verir. Tarixi günlər yaşayırıq. 30 illik nisgil sona çatır, soydaşlarımız, keçmiş məcburi köçkünlər öz doğma yurd yuvalarına qayıdırlar. Erməni tapdağından xilas olan torpaqlarımız öz əsl sahiblərinin səs-küyü, nəfəsi, enerjisi ilə yenidən canlanır.


Vandal erməniləri doğma torpaqlarımızdan qovmaq arzusu ilə yaşadıq son 30 ilimizi. Müzəffər Ali Baş komandanın rəhbərliyi altında qəhrəman ordumuz və xalqımız arzunu gerçək etdi. Laçın, Füzuli, Zəngilan yenidən məskunlaşır azərbaycanlıların iştirakı ilə.


Bu sevinc hissimizlə yanaşı paralel aldığımız xəbərlər bizi daha da ruhlandırır, həvəsləndirir. Ermənilər murdar varlıqlarını Qarabağımızın dilbər guşəsi olan Xankəndidən də rədd edirlər. Rusiya vətəndaşı olan, separatimzlə məşğul olan ermənilər Xankədidən köç edirlər.


Bundan gözəl nə ola bilər? Bir yandan soydaşlarımız doğma torpaqlarına qayıdır, digər yandan separatçıları, terrorçuları, varlıqları ilə torpağımızın, əcdadımızın ruhunu diksindirən, narazı salan erməniləri ərazimizdən sıxışdırıb çıxarırırıq.


Bu prosesin başlanğıcıdır. Biz Böyük qayıdışın əvvəlinci mərhələsindəyik. Davam edirik. Qarabağımızda son ermənini rədd edənə qədər mücadiləmizi sürdürəcəyik. Bizi Xocalıda, Bağanıs-Ayrımda, Qardağlıda, Şuşada və başqa ərazilərimizdə soyqırım edilən insanların ruhu çağırır və mücadiləyə səsləyir.
Böyük qayıdışın ardı Qərbi Azərbaycan köçməyimizin və orada məskunlaşıb yaşamağımızın reallaşması olacaq.


Qayıdışın mübarək Azərbaycan xalqı!

 

Mübariz Göyüşlü
Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər