00:00:00
Yazar
Admin User
08.08.2023 10:39 244 2 dəq oxuma
Sosial

Qazax Müəllimlər Seminariyasına kimlər müraciət edə bilər?

Qazax Müəllimlər Seminariyasına kimlər müraciət edə bilər?

Prezident İlham Əliyev Qazax Müəllimlər Seminariyasının ADA Universiteti Qazax Mərkəzində yaradılan şəraitlə tanış olub. Seminariyanın tarixi binasında 2022-ci ilin oktyabrından ADA Universiteti Qazax Mərkəzi fəaliyyət göstərir. 2022-2023-cü tədris ilindən mərkəzdə təhsillə bağlı iki magistr proqramı həyata keçirilir.


ADA Universiteti Qazax Müəllimlər Seminariyasının tarixi binasının və onun maarifçi missiyasının bərpası təşəbbüsü ilə çıxış edib. 2021-ci ilin oktyabrında başlanılan bərpa işlərinə Heydər Əliyev Fondu, Azərbaycan Sahibkarlar Konfederasiyası, Amerika Azərbaycan Cəmiyyəti cəlb olunub. Seminariya binasının tarixi əhəmiyyətli nəzərə alınaraq, bərpa işləri xüsusi yanaşma ilə aparılıb.


İlkin məlumata əsasən, seminariyada təhsil üzrə menecment, təlim və tədrisin təşkili metodikası üzrə proqramlarda 33 tələbə magistr dərəcəsi almaq üçün tədrisə cəlb olunub, artıq birinci kursu bitirib. 2023-2024-cü tədris ilindən Qazax Mərkəzində bu ixtisaslarla yanaşı, dövlət idarəetməsi magistr proqramı tədris olunacaq. Yeni dərs ilindən bu üç ixtisasa 94 tələbə qəbul edilib. Beləliklə, Mərkəzdə ümumilikdə 127 tələbə təhsil alacaq.


Milli Məclisin üzvü Razi Nurullayev deyir ki, ADA Universiteti 2022-ci ildən müəllimlər üçün “Bir müəllimin manifesti” birillik üçmərhələli ixtisasartırma proqramı həyata keçirir. Bu çərçivədə bölgələrdən müsahibə yolu ilə seçilmiş müəllim və direktorlar birinci mərhələdə Qazax Mərkəzində, ikinci mərhələdə ADA Universitetində, daha sonra isə ADA Vaşinqton Mərkəzində tədrisə cəlb olunurlar. Bu proqram vasitəsilə ötən il 38, bu il isə 20 müəllim və məktəb direktoru ixtisaslaşdırmaya cəlb edilib. Proqramın ilk 38 iştirakçısı arasından 4 nəfər seçilərək ADA Universitetinin Qazax Mərkəzində əməkdaş olaraq fəaliyyətə başlayıb. Hazırda Mərkəzdə fəaliyyət göstərən magistr proqramlarının tədrisinə ADA Universitetinin müəllim və professor heyəti cəlb olunub. Onların yerləşdirilməsi üçün Müəllimlər Evi tikilir.

Leyla

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər