00:00:00
Yazar
Admin User
27.12.2025 16:44 102 1 dəq oxuma
Dünya

Qazaxıstan dağlarında daha iki turistin cəsədi tapılıb

Qazaxıstan dağlarında daha iki turistin cəsədi tapılıb

Almatı dağlarında xilasedicilər itkin düşən turist qrupundan daha iki nəfərin meyitini aşkar ediblər.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyindən bildirilib.

 

Nazirliyin məlumatına görə, meyitlər dəniz səviyyəsindən təxminən 3700 metr yüksəklikdə "Lokomotiv" zirvəsi ətrafında tapılıb.

 

Daha əvvəl axtarış-xilasetmə əməliyyatı zamanı eyni qrupdan daha bir ölən şəxs aşkar edilib. Beləliklə, hadisə nəticəsində üç nəfər həlak olub.

 

FHN-dən bildirilib ki, axtarış işləri mürəkkəb yüksək dağlıq şəraitdə aparılıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər