Qazaxıstan lideri Baş Qərargah rəisinə tapşırıqlar verib
Qazaxıstan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Kasım-Jomart Tokayev Baş Qərargah rəisi Kanış Abubakirov və müdafiə nazirinin müavini Askar Mustabekovu qəbul edib.
"İnformator.az" xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.
Dövlət başçısı Baş Qərargah rəisi və müdafiə nazirinin müavininə Müdafiə Nazirliyində rəhbərlik etdikləri sahələrlə bağlı bir sıra tapşırıqlar verib.
