"Qəbələ" bu gün yoxlama oyunu keçirəcək
“Qəbələ” bu gün yoxlama oyunu keçirəcək.
"İnformator.az" "QOL.az" a istinadən xəbər verir ki, Kaxaber Sxadadzenin çaışdırdığı komanda 1-ci liqa təmsilçisi MOİK-lə qarşılaşacaq. Qəbələ şəhər stadionunun ehtiyat meydançasında keçiriləcək görüş saat 18:30-da başlayacaq.
Qeyd edək ki, “Qəbələ” Misli Premyer Liqasının 1-ci turunda “Karvan"la heç-heçə edib – 1:1. Komanda avqustun 25-də 2-ci turun oyununda "Zirə"ni qəbul edəcək.
