“Qəbələ” futbolçusu ilə vidalaşıb
“Qəbələ” Urfan İsmayılovla yollarını ayırıb.
Klubdan "İnformator.az"a verilən məlumata görə, yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib. 2024-cü ilin yayından “qırmızı-qaralar”ın formasını geyinən futbolçu “Qəbələ”də keçirdiyi 27 oyunda 1 qol vurub.
