00:00:00
Yazar
Admin User
08.01.2026 17:50 74 1 dəq oxuma
İdman

“Qəbələ” nigeriyalı hücumçunun transferini açıqlayıb

“Qəbələ” nigeriyalı hücumçunun transferini açıqlayıb

“Qəbələ” qış fasiləsində transfer fəaliyyətini davam etdirərək heyətinə daha bir futbolçu cəlb edib. Klub nigeriyalı hücumçu İsmaheel Akinade ilə 1,5 illik müqavilə imzalayıb. 31 yaşlı forvardın kifayət qədər zəngin legioner karyerası var. O, müxtəlif illərdə İrlandiyanın “Brey Uonderers”, “Boqemians” və “Uoterford” klublarında çıxış edib. Akinade son olaraq Özbəkistan Super Liqasında “Andijon” klubunun formasını geyinib. O, yerli çempionatda 12 oyunda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb, Asiya Çempionlar Liqasında isə 6 matçda 1 qol vurub. Qeyd edək ki, “Qəbələ” qış fasiləsində bundan əvvəl də heyətini gücləndirərək müdafiəçi Seydina Keyta ilə müqavilə bağlanıb. 

 

Mövzu haqqında idman jurnalisti Ceyhun Rzayev "İnformator.az"a açıqlamasında bildirib ki, Futbolçu əvvəlki klublarda o qədər də məhsuldarlıq göstərməyib, çox qol vurmayıb:

 

"Amma Azərbaycan çempionatı tamamilə fərqli, spesifik bir çempionatdır. Məsələn, bəzən futbolçu əvvəlki klubunda yaxşı çıxış edir, amma Azərbaycana gələndə zəif performans göstərir. Və ya əksinə, əvvəlki klubunda zəif çıxış edən bir futbolçu Azərbaycan çempionatında daha yaxşı performans göstərə bilir.Qəbələ transfer çalışmalarını hələ sonlandırmayıb. Klub bir neçə transfer daha etmək istəyir. Çünki komandanın əsas məqsədi Premyer Liqadakı yerini qorumaqdır. Bu baxımdan, yaxın günlərdə yeni transferlərin şahidi ola biləcəyimiz gözlənilir".

 

Mələk Nəsirli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər