00:00:00
Yazar
Admin User
11.08.2023 13:09 774 2 dəq oxuma
Sosial

Qəbul imtahanında 620 bal toplayan Elnur Musayevlə müsahibə

Qəbul imtahanında 620 bal toplayan Elnur Musayevlə müsahibə

Universitetə qəbul imtahanlarında 620 bal toplayaraq uğura imza atan Elnur Musayev yüksək bal toplamaq üçün hansı formada çalışdığını, nələrə diqqət etdiyini İnformator.az saytı ilə bölüşüb. 

 

İlk növbdə qeyd edək ki, Musayev Elnur Seymur oğlu Xətai rayonu 263 nömrəli tam orta məktəbin məzunudur. O, yüksək bal toplamaq üçün çox çalışdığını, imtahandı sualların çətin olduğunu və daha yüksək nəticə gözlədiyini bildirir: "İmtahanda çox həyəcanlandım, amma buna baxmayaraq, balım yüksək gəldi, istədiyim ixtisasa və universitetə qəbul ola bilərəm".


Seçiminin Bakı Dövlət Universitetinin tədrisi ingilis dilində aparılan Komputer Elmləri ixtisası olacağını vurğulayan Elnur dərs oxumaq rutinindən d bəhs edir: "Mənim dərsə qarşı çox böyük həvəsim var idi, imtahanlara az vaxt qaldıqda daha çox çalışırdım. Səhər 5 və yaxud 6-dan axşam saat 6 ya da 7-yə kimi oxuyurdum. Günorta fasilə az edirdim. İmtahana hazırlaşdığım müddətdə heç bir əlavə məşğuliyyətim yox idi, dostlarimla belə vaxt keçirmirdim. Özümə proqram qurmuşdum ki, axsam 6-dan, 7-dən sonra oxumayacam, çünki artıq beyin yorulurdu".

 

Uğurunun sirrini çox və həvəslə oxumaqda görən Elnur universitetə hazırlaşan şagirdlərə da məsləhət görür ki. dərslərini çox həvəslə oxusunlar: "Çətinlik 3-4 il ildir, daha sonra müstəqil həyata addımlamaq mümkün olacaq".


Əlavə hobbilərə gəldikdə isə müsahihimiz imtahana hazırlaşana qədər futbolla həddən artıq çox məşğul olduğunu söyləyir. O, imtahanlara görə dayandırdığı futbolu universitetə qəbul olduqdan sonra yenidən məşğuliyyətə çevirəcəyini bildirir. Kitablara da ayrıca sevgisi olduğunu və çox böyük coşqu ilə oxuduğunu deyən Elnur Musayev ona bu motivasiyanı nəyin və kimin verdiyini belə izah edir: "Mənim ən böyük motivasiyam o oldu ki, tanışlarım və qohumlarım içərisində də yüksək bal toplayan olub. Mən yüksək bal toplayanların sevinclərini gördükcə, o hissləri özüm də yaşamaq istəyirdim. Özümə hədəf seçdim ki, mən də onlar kimi bu uğurun sahibi olacam".


Ona bu yolda valideynlərinin, ən əsası isə atasının dəstək verdiyini ifad edir. "Fasiləli yoxsa çox oxumaq?" sualına isə belə cavab verir: "Çox oxumağa həvəsli olsam da məni müəyyən qədər yorurdu, ətrafımdakılar belə mənə fasilə verərək, özümü yormamağı məsləhət görürdülər".

 

Müsahibim sonda təhsilini ölkəmizdə davam etdirmək istədiyini ifadə edir. O, bütün ətrafının, tanışlarının Azərbaycanda olduğunu əsas gətirirək xaricdə oxumaqla bağlı heç bir fikri olmadığını əlavə edir: "Mən əslində, idmana yönəlmək istəyirdim, bu ixtisasa məni həvəsləndirən məhz ailəm oldu."


Biz də Elnura bu yolda uğurlar arzu edirik!


Çinarə Muradova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər