00:00:00
Yazar
Admin User
17.11.2023 17:49 332 2 dəq oxuma
Sosial

Qeybə çıxan valyutadəyişmə məntəqələri yenidən qayıdır?

Qeybə çıxan valyutadəyişmə məntəqələri yenidən qayıdır?

Əvvələr pul dəyişmək istəyən sakinlər valyuta mərkəzlərində üz tuturdular. Bu mərkəzlər bağlandıqdan sonra pul dəyişmək istəyən sakinlərin tək ünvanı banklar oldu.

 

İnformator.az xəbər verir ki, həftə sonları bankların işləməməsi, yaranan uzun növbələr bəzilərinə yeni iş imkanları yaratdı. Bu boşluqlardan istifadə edən insanlar səyyar xidmət göstərməyə başladılar. Bütün bu problemlər valyuta mərkəzlərinin yenidən açılmasını gündəmə gətirdi. Milli Məclisdə müzakirə olunan bu problem həllini tapacaqmı?

 

Deputat Siyavuş Novruzov açıqlamasında bildirib ki, pul dəyişmə məntəqələrinin sayının artırılması və şənbə, bazar, bayram günləri bunların işləməsi. Bunların hamısı bankların içərisində yerləşir və yaxud da bank filyalının içərisində yerləşir.

 

“Vətəndaşlar məcbur qalır ki, bazar günləri şəhərdə bir yerdə və yaxud 2 yerdə belə bir yer axtarsın. Kənd rayonlarında isə artıq qara bazar fəaliyyət göstərir. Hazırda müəyyən bazarların içərisində, müəyyən avtobus dayanacaqlarında artıq əldə pullar dəyişilir, yəni bu vasitə ilə dövlətə hər hansı bir xeyir gəlmir”.

 

Deputatın sözlərinə görə, səyyar pul dəyişənlərə təkcə rayonlarda rast gəlinmir.

 

“Paytaxtın müxtəlif yerlərində qanunsuz valyuta dəyişənlər görmək mümkündür”.

 

Ekspertlər isə deyir ki;

 

“Qanun layihəsinə təklif edilən son dəyişiklikdən sonra valyuta məntəqəsi açmaq istəyənlərə lisenziyaların verilməsindəki şərtlər nisbətən yüngülləşib”.

 

İqtisadçı Xalid Kərimli açıqlamasında qeyd edir ki, biz növbəti ildən artıq valyuta dəyişmə məntəqələrini görəcəyik.

 

“Burda nüanslar ondan ibarətdi ki, artıq müəyyən şərtlər var, qaydalar var, həm də valyuta dəyişmə məntəqəsinən girov saxlanma məbləği ilə əlaqədar dəqiqləşdirmələrə ehtiyac var. 2018 - ci ildə, misal üçün qəbul edilən dəyişiklərdə Bakıda fəaliyyət göstərmək istəyən valyuta dəyişmə məntəqəsi 50 min dollar və 50 min manat girov qoymalı idi. İndi bu həm valyuta dəyişmə məntəqələrinin dəyişə biləcəyi valyutanın həcminin məbləğinin dəyişdirilməsi, həm də girov məbləğinin dəqiqləşdirilməsi mərkəzi banka həvalə edilib. Yəqin ki, biz bu həftələrdə bu məlumatları görəcəyik və bu dəqiqləşdirmələrdən sonra növbəti ildən artıx lisenziya verilməsinə başlanılacaq”.

 

Mütəxəsislərin qənaətinə görə isə;

 

“Belə valyutadəyişmə məntəqələrinin fəaliyyəti sadəcə sakinlər üçün faydalı olmayacaq. Ölkəyə gələn turistlərin də işini rahatlaşdırmaqla yanaşı büdcəyə də müsbət təsir edəcək”.

 

Sərxan

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər