00:00:00
Yazar
Səkinəbəyim Cəfərova
14.08.2026 22:13 9 2 dəq oxuma
Sosial

Qeyri-çimərlik ərazilərində təhlükə-Üzə bilməyənlər hansı qaydalara əməl etməlidirlər?

Qeyri-çimərlik ərazilərində təhlükə-Üzə bilməyənlər hansı qaydalara əməl etməlidirlər?

 

SORĞULAR
-Üzə bilmirəm, dənizə sərinləmık üçün gəlmişəm.Hava çox istidi,çoxda dərinə getmirəm


-O qədər professional deyiləm deyə çoxda dərinə getmirəm


-Özümə görə üzürəm. Amma həmişə ehtiyatı tuturam. Çünki ehtiyatı tutmaq yaxşıdır,dəniz səhvləri bağışlamır. 

-Üzməyi bilirəm,çox dərinə girmirəm.


Yay aylarında üz tutulan istirahət məkanlarından biri də dənizlərdir.Apardığımız sorğular zamanı məlum oldu ki,üzməyi bacarmayanlar da dənizə girməkdən çəkinmirlər. Bəs  bu  şəxslər hansı qaydalara əməl etməlidirlər?


FHN NÜMAYƏNDƏSİ-FƏRİD İLHAMOĞLU


"Vətəndaşlarımız spirtli içki qəbul edərək sərxoş halada çimərliklərə gəlməsinlər, suya daxil olmasınlar. Qeyd edim  ki, vətəndaşlar çimərlik seçimində diqqətli olmalıdırlar, yalnız  mövcud olduğu qanuni çimərlik ərazilərində istifadə etməlidirlər. Bəzən yeniyetmələr, gənclər suya daxil olaraq suda kobud hərəkətlərə yol verirlər,kobud zarafatlar edirlər ki, bu da bir çox zaman onların xəsarət almasına səbəb olur. Qızmar günə altında fasiləsiz dayanmaq təhlükəlidir, hava qaraldıqdan sonra çimərliklərdə qalmaq, gecələmək, suya daxil olmaq təhlükəlidir". 


FÖVQƏLADƏ HALLAR NAZİRLİYİNİN MONİTORİNQLƏRİ ZAMANI AŞKAR EDİLƏN TƏHLÜKƏLİ ƏRAZİLƏR


Mərdəkan və Şüvəlan qəsəbəsində yerləşən Mil Qaya adlanan ərazi
Nardaran və Bilgəh  qəsəbələrində yerləşən-12-ci dalan və daçnik adı altında tanınan ərazilər 
Novxanı qəsəbəsində-Sarıqaya 
 Sahil qəsəbəsində-Mayak adı altında  tanınan ərazilər 

Məhdudlaşdırıcı nişanlar 1 metr 75 santimetr dərinlikdə yerləşdirilib.Xilasedicilər bildirirlər ki,su axıntılara düşdüyü üçün yarım metrlik məsafədə belə boğulma halları mümkündür.Bəs bu an xilasedici gələnədək şəxslər  nə etməlidirlər?


XİLASEDİCİ
"Suda üzə bilməyən şəxs mümkün qədər tam həyəcan hissini keçirtməsin, suda bacardığı qədər yavaş hərəkətlər edərək  suyun üzündə qalmağı bacarsa, sudan qışqıraraq, yaxınlıqdakı şəxslərdən kömək istəsə ondan sonra xilasediciyə dərhal məlumat versələr, suda hansısa bir yəni bədbəxt hadisə baş verməz".



SƏKİNƏBƏYİM CƏFƏROVA,FARİZ ŞIXƏLİZADƏ AZTV XƏBƏR

#qaydalara #əməl #ərazilərində #yeni #bilməyənlər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər