QEYRİ-SABİT HAVA ŞƏRAİTİ İLƏ BAĞLI HANSI QAYDALARA ƏMƏL OLUNMALIDIR?
Milli-Hidrometologiya xidmətinin məlumatına görə sentyabrın 6-sı axşamdan başlayaraq, 10-u gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv yağış yağacağı, bəzi dağ çaylarında qısa müddətli sel və daşqın olacağı, şimşək çaxacağı proqnazlaşdırılır. Qeyd olunanlar ilə bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək gözlənilən hava şəraiti ilə əlaqədər müvafiq təhlükəsizlik qaydalarına əməl etməyə çağırır. Beləki güclü külək zamanı yüngül konstruksiyalı evlərdən, müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verdiyi yanğınların yaratdıqları çətinlikləri nəzərə alaraq küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Bundan əlavə yağıntılarla əlaqədər bəzi çaylarda mümkün sel və daşqınlardan qorunmaq üçün, sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur. Həmçinin, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü anteniyaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir.
UNUTMAYIN Kİ, QAYDALARA BİGANƏLİK HƏYATIMIZA TƏHLÜKƏDİR!
Çinarə Muradova
