00:00:00
Yazar
Admin User
13.02.2019 10:55 590 2 dəq oxuma
Sosial

Qəhrəmanlarımızın daim yaşaması üçün gənclərin üzərinə böyük öhdəlik düşür

Fevralın 13-də Tərtər rayon B.Səfərov adına Sarıcalı kənd orta məktəbində “Qəhrəmanlar unudulmur” layihəsi çərçivəsində seminar keçirilib. Tədbir Gənclər Fondunun maliyyə dəstəyi ilə baş tutub.
Qəhrəmanlarımızın daim yaşaması üçün gənclərin üzərinə böyük öhdəlik düşür

Fevralın 13-də Tərtər rayon B.Səfərov adına Sarıcalı kənd orta məktəbində “Qəhrəmanlar unudulmur” layihəsi çərçivəsində seminar keçirilib. Tədbir Gənclər Fondunun maliyyə dəstəyi ilə baş tutub.

Seminarda çıxış edən ekspert, QHT rəhbəri Bəsti Nəsibova bildirib ki, Ermənistan-Azərərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində soydaşlarımız doğma yurd-yuvalarını tərk etdi, ağır məhrumiyyətlərə düçar oldu. “Müharibənin ağırlığı bizə kədər və əzab gətirməklə yanaşı, qəhrəmanlar da yetişdirib. Döyüşdə göstərdikləri şücaət, qəhrəmanlıq onları daha da sevdirib. Doğma torpaqlarını qorumaq üçün döyüşə atılan yüzlərlə insan Vətənə sevgini nümayiş etdirdi. Biz aprel döyüşləri zamanı da bu sevginin bir daha şahidi olduq. Azərbaycan ordusu bütün dünyaya qüdrətimizi nümayiş etdirdi. Bu döyüşlər nəticəsində bir daha istənilən an işğal altında olan ərazilərimizi azad etməyə qadir olduğumuz nümayiş etdirilirdi”, - ekspert bildirib.

Daha sonra çıxış edən layihənin kordinatoru Anar Rəsul qeyd edib ki, bir gənc kimi qəhrəmanlarımızın və tarixmizdə mühüm yer tutan şəxsiyyətlərin unudulmaması və daim xatırlanması üçün əlindən gələni edir: “Qəhərmanlarımızın yaddaşlarda daim yaşaması üçün biz gənclərin üzərində böyük öhdəlik düşür. Bu gün sosial şəbəkələr kifayət qədər aktividr və burada müxtəlif mövzular müzakirə olunur. Biz şəbəkələrin auditoriya əhatəsindən istifadə etməklə, qəhrəmanlarımız haqqında mütəmadi olaraq məlumat yaymalı, onların göstərdikləri igidlik haqqında məlumat verməliyik.”

Keçmiş döyüşçü Yaşar Məmmədov hadisələrin bilavasitə iştirakçısı və şahidi kimi məktəblilərə Azərbaycan ordusunun qüdrətindən, qəhərmanlığından danışıb. Onun sözlərinə görə, müstəqilliyin ilk illərindən fərqli olaraq, bu gün Azərbaycan ordusu Qafqazın n güclü ordusudur. “İstər müasir silah-sursat, istərsə də şəxsi heyətin döyüş qabiliyyəti baxımından ordumuz Cənubi Qafqazda ilk yerdədir. Bundan başqa dünyanın müxtəlif reytinq agentlikləri tərəfindən aparılan araşdırmalarda da ordumuz bir çox dünya ölkələrini qabaqlayır. Bu sahədə Ali baş komandan İlham Əliyevin ordu quruculuğu sahəsində apardığı işlər böyük əhəmiyyət kəsb edir. Biz inanırıq ki, güclü Azərbayca tezliklə öz torpaqlarını işğaldan azad edəcək”, - keçmiş döyüşçü vurğulayıb.

Çıxışlardan sonra məktəblilərin sualları cavablandırılıb, müzakirələr aparılıb.

Sonda şagirdlər ədəbi-bədii kompazisiya nümayiş etdirib. Kompazisiya işğalçı Ermənistanın Azərbaycan xalqının başına gətirdiyi müsibətlərdən bəhs edir. Tamaşada tezliklə öz yurdlarımıza qayıdacağımıza inam və əminlik ifadə olunub.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər