00:00:00
Yazar
Admin User
31.03.2020 06:15 851 1 dəq oxuma
Sosial

QHT Koronovirusla Mübarizəyə Dəstək Fonduna ianə edib

"Gələcəyə Baxış" Avropaya İnteqrasiya İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı 19 mart 2020-ci il tarixli Fərmanla yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb.

Bu barədə İctimai Birliyin rəhbəri Bəsti Nəsibova məlumat verib.

Koronovirus infeksiyasının Azərbaycan Respublikasında yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək məqsədilə Fonda ödəmə həyata keçirilib.

İctimai Birliyin rəhbəri Bəsti Nəsibova və üzvləri dövlətimiz və xalqımıza həmrəy olduğunu bəyan edir.

Eyni zamanda, "Gələcəyə Baxış" Avropaya İnteqrasiya İctimai Birliyinin sədri və üzvləri dövlət başçısının  “Biz birlikdə güclüyük!” fikrini əsas tutaraq, #evdeqal deyərək koronovirus pandemiyasının yayılmasının qarşısının alınmasına dəstəyini nümayiş etdirir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər