00:00:00
Yazar
Admin User
11.04.2016 12:17 435 1 dəq oxuma
Sosial

QHT-lər atıcılıq üzrə yarışacaq

Yarışda iştirak edəcək komandaların seçimi Azərbaycan Respublikasının Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən aparılacaq.
QHT-lər atıcılıq üzrə yarışacaq

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar “QHT-lər arasında atıcılıq çempionatı” təşkil edəcək.

Şuranın mətbuat xiddmətindən İnformator.az-a verilən məlumata görə, çempionat 9 may 2016-cı il tarixində Bakı Atıcılıq Mərkəzində keçiriləcək. Çempionatda iştirak edəcək hər bir komandada 1-dən 5-ə qədər QHT təmsil oluna bilər. Atıcılıq çempionatında iştirak etmək istəyən QHT-lər komandanın adını, üzvlərinin ad və təvəllüdlərini və əlaqə vasitələrini yazaraq 30 aprel 2016-cı ilədək office.asu@gmail.com elektron poçtuna göndərməlidirlər.

Yarışda iştirak edəcək komandaların seçimi Azərbaycan Respublikasının Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən aparılacaq. Binəqədi rayon İcra Hakimiyyətinin təşkilati dəstək verdiyi layihənin koordinatoru Azərbaycan Tələbələr Birliyidir.

Əlaqə vasitələri: (+994) 50 359 89 86, (+994) 12 493 17 80

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər