00:00:00
Yazar
Admin User
19.07.2023 11:47 226 1 dəq oxuma
Sosial

QHT-lərdən beynəlxalq ictimaiyyətə MÜRACİƏT

QHT-lərdən beynəlxalq ictimaiyyətə MÜRACİƏT

Qeyri-hökümət təşkilatları (QHT) Beynəlxalq İctimaiyətə, o cümlədən BMT-yə müraciət ünvanlayıb.

 

İnformator.az xəbər verir ki, müraciətdə Ermənistanın törətdiyi ekoloji terror, xüsusilə havanı və suyu çirkləndirməsi qeyd olunub. Beynəlxalq ictimaiyyətə ünvanlanan müraciətdə Ermənistanın dağ-mədən sənayesinin, zavod, fabrik tullantılarının qonşu ölkələrin ekologiyasına vurduğu zərər faktlarla sübut edilib.

 

İllərlə mədən tullantılarının Araz çayına axıdılması suvarma üçün çayın suyundan istifadə edən geniş təsərrüfatlara ciddi təhlükə yaratmaqla yanaşı, içməli su təchizatına zərər vurur. Bu da insanların sağlamlığı üçün ciddi risklər yaradır. “Sağlamlığa Xidmət" İctimai Birliyinin icraçı direktoru Pərvanə Əliyevanın sözlərinə görə, onlarda olan sübut və faktlar da müraciətə salınıb.

 

İctimaiyyətə məlum 12 fakt - Oxçuçayın, Arpaçayın, Həkəri çayının çirklənməsi və s. bütün bunları nəzərə alaraq, qeyri hökümət təşkilatları Ermənistanın beynəlxalq konvensiyalara zidd addımlar atdığını qeyd edirlər.


QHT-lər beynəlxalq təşkilatlardan, Azərbaycanın məruz qaldığı ekoloji terrora son qoyulması məqsədi ilə Ermənistandakı sənaye müəssisələrinin fəaliyyətini izləmələrini, beynəlxalq ekoloji normalara riayət olunmasını təmin etmələrini xahiş edirlər.

Tamilla

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər