QHT tərəfindən pandemiya dövründə rayon xəstəxanasına testlər və dərman vasitələri təqdim edildi
"Sağlamlığın Qorunması" ictimai birliyinin "Pandemiya dövründə rayon xəstəxanasının dərman vasitələri ilə təminatına dəstək verilməsi" layihəsinin icrasına başlanıldı. Azərbayan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə icra edilən layihənin keçirilməsində məqsəd pandemiya dövründə rayon xəstəxanasına dəstək olmaqdan ibarət idi.
COVİD-19 pandemiyasına yoluxmanı ortaya çıxaran testlər alındı. Eyni zamanda xəstəxananın labartoriyası üçün lazım olan digər dərman vasitələri alındı. Həm testlər, həm də digər vasitələr Gədəbəy rayon xəstəxanasına təhvil verildi. Xəstəxananın həkim heyətinə əhali arasında bu barədə maarifləndirməni genişləndirməklə bağlı tövsiyə verildi. Tədbirlə bağlı məlumat KİV və sosial şəbəkədə paylaşıldı.
