00:00:00
Yazar
Admin User
12.07.2018 12:45 672 2 dəq oxuma
Sosial

QHT Yevlaxda seminar keçirib

İnternet bu gün hər birimizin həyatına nüfuz edib.
QHT Yevlaxda seminar keçirib

İnternet bu gün hər birimizin həyatına nüfuz edib. Bu gün əsas məsələ internetin yayılma dairəsi deyil, hansı məqsədlə istifadə olunmasıdır.

İnformator.az xəbər verir ki, bunu “Gələcəyə Baxış” Avropaya İnteqrasiya İctimai Birliyinin sədri Bəsti Nəsibova iyulun 9-da Yevlax şəhərində keçirilən seminarda çıxışı zamanı deyib. Onun sözlərinə görə, indi insanlar canlı ünsiyyətə deyil, sosial şəbəbkələrdə yazışmalara üstünlük verir.

“Sosial şəbəbkələrdə yazışmalar isə müxtəlif sahələri əhatə edir. Bəziləri uzaqda olan qohumları, dostları ilə ünsiyyət qurursa, digərləri sadəcə vaxt keçirir. Ailəli insanların isə burada keçirdiyi vaxt, tanışlıqları problemlərə sonda isə boşanmalara səbəb olur. Mütəxəssislər bu problemlərlə əlaqədar həyəcan təbili çalır. Narahatlıqlar sadəcə boşanmalarla bağlı deyil. Təxribat törətməyə çalışanlar, terror dəstəsi quranlar da bu internet resursları üzərindən təbliğat aparır. Gənclərimizi, yeniyetmələrimizi bu cür mənfi təsirlərdən qorumalıyıq”, - B.Nəsibova qeyd edib.

İB sədri vurğulayıb ki, xarici ölkələrdə sosial şəbəkələrdən istifadə edənlər öz bizneslərini qurur: “Yaradılan səhifələr, saytlar vasitəsi ilə satışlar həyata keçirilir. Bir çox insan həyatını bu internet resurslarından gələn gəlir üzərində qurur. Təəssüf ki, bizim ölkəmizdə onların sayı barmaqla göstəriləcək qədər azdır.”

Daha sonra eksper Gülü Alməmmədova çıxış edib. O bildirib ki, sosial şəbəkələr bir çox insan üçün virusa, xəstəliyə çevrilib. “Yolda, ictimai nəqliyyatda insanlar görürük. Onların bəziləri bütün yol boyu gözlərini telefonlarından çəkmir. Hətta piyadalar belə aludəçisi olduğu sosial şəbəkələrdən kənar dura bilmir. Məktəbli dərsə gəlir, hansısa elmi məlumatı deyil, sosial şəbəkədə gördüyü videonu, şəkili müzakirə edir. Mən düşünürəm ki, bunun qarşısını almaq lazımdır. Məktəblilərin onlar üçün faydalı olmayan şəbəkələrə girişi qadağan edilməlidir. Xüsusi ilə onların ölümünə səbəb olan oyun və proqramların ölkə ərazisində yayılması qadağan edilməlidir”, - deyə ekspert diqqətə çatdırıb.

Yevlax şəhər Mədəniyyət mərkəzinin direktoru Eldəniz Mustafayev isə sosial şəbəkələr kimi, efirlərimizin də gənclərin həyatlarına mənfi təsir etdiyini qeyd edib: “Bu gün gənclərimizi sosial şəbəbkələr və televiziyalar maarifləndirir. Amma, gəlin, baxaq. Efirimizdə nə verilir? Bizim dəyərlərimizə xas olmayan verilişlər, məlumatlar. Kor-təbii avropalaşmaq istəyi ilə həyata keçirilən layihələr ailələri dağıdır, gənclərin əqidəsini, tərbiyəsini əlindən alır.”

Seminar müzakirələrlə davam edib.

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər