00:00:00
Yazar
Admin User
23.01.2015 10:47 336 1 dəq oxuma
Sosial

Qida məhsullarının insan sağlamlığında rolu müzakirə edilib

6 rayonun ziyalıları ilə birlikdə "Qida məhsullarının təhlükəsizliyi sağlam həyatın təminatıdır" mövzusunda videomühazirə təşkil edilib
Qida məhsullarının insan sağlamlığında rolu müzakirə edilib

6 rayon ilə videomühazirə təşkil edilib.

İnformasiya təminatı sektorunun müdiri Xatirə Hüseynovanın İnformatora verdiyi məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin birgə təşkilatçılığı ilə AMEA İnsan Hüquqları İnstitutunun direktoru, millət vəkili Aytən Mustafayevanın respublikanın altı rayonunu əhatə edən videomühazirəsi təşkil edilib.

"Qida məhsullarının təhlükəsizliyi sağlam həyatın təminatıdır" mövzusunda olan mühazirədə İnsan Hüquqları İnstitutunun əməkdaşları - Aida Bəndəliyeva, İsmət Əhmədov, Sumqayıt, Lənkəran, Şəki, Şamaxı, Mingəçevir və Bərdə rayonlarından olan ziyalılar və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Mühazirəyə qatılan rayon sakinləri onları maraqlandıran sualları onlayn formada ekspertlərə ünvanlayıblar.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər