00:00:00
Yazar
Admin User
16.01.2026 16:05 84 2 dəq oxuma
Dünya

Qırğız parlamentinin sədri TÜRKPA Baş katibini qəbul edib

Qırğız parlamentinin sədri TÜRKPA Baş katibini qəbul edib

Qırğızıstanın Joqorku Keneşinin (Parlament) sədri Nurlanbek Turqunbek uulu yanvarın 16-da Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsəni qəbul edib.

 

Mövzu ilə bağlı siyasi şərhçi Azər Həsrət “İnformator.az”a açıqlamasında bildirib ki, Türk dövlətlərinin parlamentləri arasında münasibətlər artan xətt üzrə davam edir:

 

“Bizim respublikalarımız müstəqillik əldə etdikdən sonra parlamentlər arasında birbaşa ikitərəfli və çoxtərəfli münasibətlər qurulub və bu da TÜRKPA-nın yaradılmasına şərait yaradıb. TÜRKPA artıq üzv dövlətlərin parlamentlərini birləşdirən dövlətlərarası qurumdur. Türk dövlətlərinin parlamentləri arasında münasibətlər Avropa İttifaqı modelinə əsaslanmalıdır. Avropa Parlamenti intensiv işləyən qurumdur. Azərbaycan da daxil olmaqla türk dövlətləri növbəti mərhələdə TÜRKPA-nı məhz bu cür formalaşdırmalıdırlar. Hazırda hər bir parlament öz nümayəndə heyətini göndərir, onlar toplantılarda və konfranslarda iştirak edirlər. Amma zaman yetişib ki, üzv dövlətlərimiz TÜRKPA-ya birbaşa deputatlar seçsinlər. Bu, effektivliyimizi artıracaq. Çünki həmin deputatlar məhz TÜRKPA-nın üzvü olacaq və bütün fəaliyyətləri bu qurumla bağlı olacaq. İndi milli parlamentlərin üzvü olan deputatlar orada iştirak edirlər və onların işi daha çox milli məsələlərlə bağlıdır. Halbuki bizə türk birliyini möhkəmləndirəcək yeni parlament modeli lazımdır. Bu cür görüşlər mümkün qədər tez-tez, konkret tapşırıqlar və dəqiq layihələrlə keçirilməlidir. Biz türk dövlətləri təşkilatlarının üzvü olan vətəndaşların TÜRKPA-nın fəaliyyətini hər gün hiss etməsini təmin etməliyik. TÜRKPA daha hiss edilən quruma çevrilməlidir. Əgər perspektivdə daha sıx inteqrasiyaya köklənmişiksə, bu cür görüşlər inteqrasiyanı yaxınlaşdırmaq baxımından dəyərlidir və türk inteqrasiyasına daha çox stimul verir, prosesi sürətləndirir. Əlbəttə ki, bu gün Türk Dövlətləri Təşkilatının 8 üzvü var: 5 tam hüquqlu üzv və 3 müşahidəçi üzv. Gələcəkdə bu say ən azı 18-ə yüksələcək. Yeni türk dövlətləri müstəqillik əldə edəcək. Eyni zamanda, türk olmayan dövlətlər üçün də müşahidəçi statusu açıqdır və bizə yaxın olan ölkələr bu quruma müşahidəçi qismində qoşula biləcəklər. Bütün bunlar TÜRKPA-nın daha intensiv fəaliyyət göstərməsini zəruri edir".

 

Selcan Xudiyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər