Qışda maddələr mübadiləsini artıran qidalar
"Qışda soyuq hava ilə birlikdə fiziki aktivlik azaldıqca maddələr mübadiləsi də yavaşlayır. Buna şirniyyat və xəmir kimi yüksək enerjili qidaların istehlakı da əlavə olunduqda artıq çəki problemi qaçılmaz olur. Pəhriz Mütəxəssisi Evrim Dəmirəl maddələr mübadiləsini sürətləndirməyin 6 hiyləsini izah edir.
Xüsusilə 35 yaşdan sonra qadınlar orta hesabla hər 10 ildən bir əzələ kütləsinin 10 faizini itirirlər. 45 yaşlı bir insan təxminən 8 kq əzələ itirir və çəkisi əslində 35 yaşındakı ilə eyni olsa belə, onu yağla əvəz edir. Bu dəyişiklik metabolizm sürətinin 50 kalori azalmasına səbəb olur. Təəssüf ki, bu, ildə 5 kq artım deməkdir. Eyni şey kişilərə də aiddir, amma kişilərdə bu proses daha yavaş gedir. Buna görə də xüsusilə qış mövsümündə maddələr mübadiləsini sürətləndirmək çox vacibdir.
Fiziki fəaliyyətinizi artırın
Maddələr mübadiləsini sürətləndirməyin ilk yolu fiziki aktivliyi artırmaqdır. Qışda açıq havada idman fəaliyyətlərinin azalması və evdə daha çox vaxt keçirmək istəyi ilə hərəkətsizlik artır. Ancaq maddələr mübadiləsini sürətləndirmək üçün bədəndə əzələ kütləsini artırmaq çox vacibdir. Arıq bədən kütləsini artırmaq üçün qapalı salon lazım deyil. Ev şəraitində sizə uyğun məşqlər etməklə maddələr mübadiləsini sürətləndirə bilərsiniz.
Səhər yeməyini unutmayın
Günə sağlam səhər yeməyi ilə başlamağı unutmayın. Müntəzəm qidalanma sağlam maddələr mübadiləsi üçün çox vacib faktordur və bunun üçün ən yaxşı yol günə yaxşı səhər yeməyi ilə başlamaqdır. Bu səhər yeməyi yağ və sadə şəkərlərdən ibarət olmamalıdır, əksinə yüksək protein tərkibli (yumurta, pendir) yüksək keyfiyyətli karbohidratlardan (bütün taxıl məhsulları, yulaf) ibarət olmalıdır.
Yüksək kalorili yemək yeməyin
Gün ərzində hərəkətsizlik və yüksək karbohidratlı və yağlı qida qəbulu çəki artımını sürətləndirir. Sadə şəkərlər, çipslər və maddələr mübadiləsini pozan yağlı, xəmirli qidalar sadə karbohidratlardır. Belə artıq karbohidratlar bədəndə yağ kimi saxlanılır. Bu dövrdə yemək seçimlərimiz - şağı enerjili, daha doyurucu, yüksək lifli, balanslaşdırılmış protein və tərəvəz və meyvələr kimi aşağı karbohidratlı qidalardan ibarət olmalıdır.
Gecələr gec yatmayın
Yuxu düzənsizliyi arıqlamaq və ya hazırkı çəkini saxlamağa çalışarkən problemlər yarada bilər. Yuxunun olmaması vücudumuzun qida maddələr mübadiləsi qabiliyyətinə mane olur və aclıq hissinin artmasına səbəb olur. Orta hesabla təxminən 7-8 saat yuxuya üstünlük verilməlidir. Daimi yuxu ritmini gücləndirmək və beynə yuxu və oyanma hormonlarının nə vaxt buraxılacağını xatırlatmaq üçün hər gün eyni vaxtda yatıb oyanmaq lazımdır. Bu səbəblə kifayət qədər və nizamlı yuxuya sahib olmaq maddələr mübadiləsimizin sağlam işləməsinə kömək edir. Həmçinin gecə qəlyanaltı edərək lazımsız kalori qəbulunun qarşısını alır.
Hər gün kifayət qədər su içməyi unutmayın
Su insan orqanizminin ən böyük komponentidir və bir çox metabolik funksiyalarda rol oynayır. Gün ərzində nizamlı su qəbulu orqanizmdə istilik balansını təmin edərək maddələr mübadiləsini sürətləndirir. Araşdırmalar göstərib ki, yarım litr su içmək təxminən bir saat ərzində istirahət zamanı maddələr mübadiləsini 10-30 faiz artırır. Gündəlik su istehlakı kiloqrama 20-30 ml civarında olmalıdır. Yay aylarında artan su istehlakı qış aylarında bir qədər azala bilər, ancaq maddələr mübadiləsini sürətli və fit saxlamaq üçün hansı mövsüm olursa olsun müntəzəm olaraq su istehlak etməliyik.
Qəhvə və yaşıl çay için
Qəhvədəki kofein maddələr mübadiləsini sürətləndirir. Eyni şəkildə yaşıl çay bədənimizdən zərərli maddələri çıxarmağa və maddələr mübadiləsini sürətləndirməyə kömək edir. Araşdırmalara görə, yaşıl çay bədəndə yığılan yağların sərbəst yağ turşularına çevrilməsinə kömək edərək arıqlamağımızı asanlaşdırır. Ancaq arıqlamağa və maddələr mübadiləsini sürətləndirməyə kömək etsə də, bu iki içki nəzarətsiz istehlak edilməməlidir. Sağlam istehlak üçün gün ərzində 2-3 fincan qəhvə və ya yaşıl çay istehlak etmək kifayətdir.
Nigar Xəlilzadə
