Qiymət azalacaq, yoxsa?
Oktyabrda “Azərbaycan Hava Yolları” və “Buta Airways” vahid AZAL brendi altında birləşəcək.
Bu birləşmə müştəriyə nə vəd edir? İqtisadçı ekspertlər düşünür ki, siyasət gələcəkdə ölkədə hava nəqliyyatı ilə sərnişindaşıma xidmətlərində qiymət optimallığını təmin etmək istiqamətində olduğu təqdirdə bunun üçün kifayət qədər imkanlar formalaşır. İqtisadçı Rəşad Həsənovun sözlərinə görə, bu qərar yaxşı nəticələrə gətirib çıxara bilər. “Ümumiyyətlə, götürəndə AZAL-ın fəaliyyətinin optimallaşdırılmasına ehtiyac vardı. Buta AZAL-ın tərkibində idi. Buradaki qiymət siyasətini onsuz da AZAL müəyyənləşdirirdi. Və hətta bəzi dövrlər olurdu ki, Buta-nın satdığı bilet qiymətləri AZAL-ın bilet qiymətlərinin yuxarısında olurdu. Birləşmə qərarından sonra doluluq səviyyəsi göstəricilərini kifayət qədər daha da yaxşılaşdırmaq mümkündür. Və bu da öz növbəsində adambaşına düşən xərci aşağı sala bilir”.
Əksini düşünənlər də var. Millət vəkili Razi Nurullayev deyir ki, dövlət büdcəsi ilə maliyyələşən aviaşirkət yüksək qiymətlərlə xidmət edirsə, bu birləşmə qiymət azalmasına səbəb ola bilməz. “Yəni, iki şirkətin birləşməsi qiymət rəqabətini aradan götürəcək. Bu da qiymətlərdə enməyə deyil, yüksəlməyə səbəb olacaq. Eyni zamanda keyifiyyətdə də irəliləyiş gözlənilmir. Buta ilə AZAL birləşdiyi təqdirdə ölkədə başqa ucuz şirkətlərin yaradılmasına şərait yaradılmalıdır ki, rəqabət olsun. Yalnız bu zaman yüksək keyifyyətli xidmət və qiymət azalmasından söhbət gedə bilər”. Razi Nurullayev bu qərarın qiymətin düşməsi və yaxud artması üçün alınmadığını düşünür. “Bu addım qiymətlərin ucuzlaşması üçün deyil, yəni xalqımız heç də belə düşüncədə olmasın ki, oktyabr, noyabrdan 39, 70 manata, 80 manata bilet alıb hansısa ölkəyə uçaçaq”.
“Birləşmə hər iki aviaşırkətin ən yaxşı keyfiyyətlərini özündə ehtiva etməkl,ə sərnişinlərimiz üçün sərfəli taariflərlə səyəahət etmək imkanlarını daha da genişlənidrəcək” - bu isə AZAL-ın mövqeyidir. Qeyd olunur ki, müştərilərin səyahətlərinin rahat olması və onlara göstərilən xidmət səviyyəsində artımı təmin ediləcək. Buta-ya məxsus bütün reyslər birləşmədən sonra da hazırda mövcud olan eyni sərfəli qiymətlərlə, lakin daha üstün xidmət səviyyəsi ilə vahid AZAL brendi adı altında təklif olunacaq. Qurumdan verilən məlumata görə, indidən Buta-dan oktyabr ayı üçün yer bron edən şəxslər vahid AZAL brendi adı altında uçsa da, sifariş olunan biletlərin qiymətində hər hansı dəyişiklik olmayacaq. Həmin müştərilərə Buta büdcə tarifi təklif olunacaq, xidmət səviyyəsi isə yüksəldiləcək.
Zeynəb
