"QİYMƏT FƏRQLİDİR, ŞİKAYƏT ET"
Sosial şəbəkələrdə tez-tez müzakirə olunan, vətəndaşların narazılıq etdiyi məsələlərdən biri supermarketlərdə endirimlərlə, qiymətlətlə bağlı yaşanan problemlərdir.
Bəzən eyni məhsul kassada piştaxtadakı qiymətindən fərqli satılır. Bu hal isə müştəri və market arasında problem yaradır. Bəs, bu zaman müştəri nə etməlidir? Bu hal Azərbaycan Respublikasının Qanunvericiliyində necə tənzimlənir?
İqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, Azərbaycan Respublikasının Qanunvericiliyinə görə məhsulun piştaxtadakı qiymətlə kassadakı qiymətin eyni olması vacibdir və marketlər buna əməl etməlidirlər. "Əgər,vpiştaxtada olan qiymətlə kassadakı qiymət arasında ciddi fərq varsav,bunu müştəri görüb, sübut edə bilirsə, mütləq istehlakçıların hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilatlara və ya Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyində istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı şöbəyə müraciət olunmalıdır və bu müraciət mütləq araşdırılmalı, həmin marketlər şəbəkəsi cəzalandırılmalıdır. Çünki Qanunvericiliyimizdə yazılıb ki, piştaxta və kassa qiymətləri arasında fərq ola bilməz".
Ekspert belə məsələlərin həllində vətəndaşları fəal olmağa, şikayət etməklə bu işin qarşısını almğa çağırır.
Nəzrin Mirzəyeva
