00:00:00
Yazar
Admin User
06.11.2023 17:51 858 2 dəq oxuma
Sosial

Qızların təhsil alması oğlanların oxumasından daha vacibdir

Qızların təhsil alması oğlanların oxumasından daha vacibdir

"Qızların təhsili ilə əlaqədar demək olar ki, hər il kifayət qədər müsbət addımlar atılır. Bildiyiniz kimi bizdə 9-cu sinifə qədər təhsil məcburidir. Daha sonra isə peşə təhsili müxtəlif ixtisaslar üzrə təhsil almağa yönləndirir. Amma bəzi yerlərdə, xüsusilə də cənub rayonlarında 10 və 11-ci sinifdə qız uşaqları təhsildən yayınır. Bunun müəyyən səbəbləri var”.

 

Bu sözləri informator.az-a açıqlamasında təhsil eksperti Elçin Süleymanov bildirib. Ekspertin sözlərinə görə, səbəblərdən biri maddi məsələlərdir.

 

“Çünki ucqar yerlərdə yaşayan və imkanı zəif olan valideynlər daha çox oğlan uşaqları üçün büdcəsini xərcləməyə üstünlük verir".

 

Ekspert qeyd edib ki, Ali təhsildə son illərdə dövlət sifarişli yerlər kifayət qədər artıb. Bu, çox alqışlanası bir addımdır.

 

"Məsələn, bu il Ali təhsil müəssisəsinə qəbul olanlarda, xüsusilə mühəndislik ixtisası üzrə qəbul olanlarda demək olar ki, əksəriyyəti dövlət sifarişli yerlərdir".

 

Eyni zamanda ekspert qeyd edib ki, daha sonra yaxşı oxuyanlar təqaüdlə təmin olunur.

 

"Burada ödənişli oxuyanlar da əgər akademik göstəriciləri yaxşıdırsa, təqaüd alma imkanı olur. Bu da xüsusilə qız tələbələri üçün düşünürəm ki, yaxşı addımdır".

 

Elçin Süleymanov tələbə təhsil kreditinin imkanlarından söz açıb.

 

"Bu istiqamətdə də tələbələr valideyninə yük olmadan dövlətdən vəsait alın təhsil ala, daha sonra 15-20 il ərzində geri qaytara bilirlər. Bu da maddi vəziyyətdən dolayı oxuya bilməyən gənclər üçün dəstəkdir”.

 

Müsahibin fikrinə görə, qızların oxuması oğlanlardan daha vacibdir.

 

"Çünki ana öz övladının ilk müəllimi olur. Mərhum Zeynalabdin Tağıyev də "Qızlar" gimnaziyasını açarkən bu fikrə üstünlük vermişdir ki, oğlanlar özləri imkan tapıb oxuya bilər, amma qızları oxutmaq lazımdır ki, bir qız daha sonra bir anadır və övladlarının müəllimidir".

 

Ekspert deyib ki, qəbul olunan tələbələrə nisbətən baxdığımız zaman qızlar heç də azlıq təşkil etmir.

 

"Amma regionlarda, ucqar yerlərdə bəzən valideynlər qızlarını erkən nigaha məcbur edir, təhsildən uzaqlaşdırır. Bunun bir yolu da odur ki, regionlarda universitetlərin filialları açıla bilər. Bəzən valideyn övladını paytaxta göndərə bilmir, amma öz rayonunda göndərə bilər”

 

Ekspert eyni zamanda qeyd edib ki, bir başqa istiqamət isə onlayn təhsildir.

 

"Düzdür, onlayn və qiyabi təhsil anlayışı bir az fərqlidir. Azərbaycanda hal-hazırda onlayn təhsil qəbul olunmayıb, qiyabi təhsil forması mövcuddur. Amma burda müxtəlif proqramlar, müxtəlif ixtisas kursları var ki, artıq ən ucqar rayonlarda da internet var”.

 

Elçin Süleymanovun fikrinə görə, qızlar da öz haqlarını tələb etməlidir.

 

"Əgər qız övladları o imkanı əldə edə bilmirsə, bundan istifadə edərək özünü inkişaf etdirə bilər. Müxtəlif qeyri-hökumət təşkilatları və Elm və Təhsil Nazirliyi "Grand" proqramları ayıra bilər ki, bu şəkildə də regiondakı qızların təhsilinə dəstək olunsun”.

 

Aynur Babayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər