00:00:00
Yazar
Admin User
19.08.2025 18:40 139 1 dəq oxuma
İdman

Qələbəyə yaxın tərəf biz idik

Qələbəyə yaxın tərəf biz idik

"Çempionatın ilk oyunları ağır keçir. Oyunçularım yaxşı ustalıq göstərdilər". 


"İnformator.az" xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasınln I turunda evdə “Araz-Naxçıvan” ilə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib. 


43 yaşlı mütəxəssis futbolçularının baxımlı oyun nümayiş etdirdiyini söyləyib: "Düşünürəm ki, qələbəyə yaxın tərəf biz idik. Hesab 1:0 olarkən də, 1-1 olarkən də qol epizodlarımız var idi. Bunlardan istifadə edə bilmədik. Rəqib standart vəziyətdən qol vurdu. Həmin epizodda da zəncirvari səhvlər etdik. Ümumilikdə oyunçularımın göstərdiyi performansdan çox razı qaldım".

 

O, "Araz-Naxçıvan"ın futbolçusu Felipe Santosla yaşanan insident barədə söz açıb: "Top əlimdə idi, Santos isə onu sərt şəkildə götürdü. Bu oyun zamanı futbolçular arasında olur. Bircə mənimlə qalmışdı bunu etmədiyi, bu da oldu.."

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər