00:00:00
Yazar
Admin User
02.03.2016 12:03 379 1 dəq oxuma
Sosial

“Qloballaşan dünyada ana dilinin qorunması” layihəsi başa çatdı

Azərbaycan Prezidenti Yanında Gənclər Fondunun maliyyə yardımı ilə həyata keçirilən “Qloballaşan dünyada ana dilinin qorunması” layihəsi başa çatıb.
“Qloballaşan dünyada ana dilinin qorunması” layihəsi başa çatdı

Azərbaycan Prezidenti Yanında Gənclər Fondunun maliyyə yardımı ilə həyata keçirilən “Qloballaşan dünyada ana dilinin qorunması” layihəsi başa çatıb.

İnformator.az xəbər verir ki, layihə ilə bağlı Bakı Dövlət Universitetində keçirilən müzakirədə bildirilib ki, daha çox KİV dilində ana dilinin qaydaları pozulur. Azərbaycan televiziyasında  ana dilinin normalarına düzgün əməl edilsə də, daha çox əyləncəli verilişlər üstünlük təşkil edən özəl televiziyalarda qaydalar pozulur. Müzakirələrdə iştirak edən digər qrup isə yalnız əyləncəli verilişdə deyil, siyasi mövzulu hər hansı bir verilişdə də ana dilinin qaydalarının qorunmadığına diqqət çəkib.

Kütləvi informasiya vasitələrinin daha geniş auditoriyaya müraciət etdiyinə diqqət çəkən müzakirə iştirakçiları televiziya, agentlik və saytlarda düzgün danışıq və yazılış formasına əməl edilməsinin vacibliyinə diqqət çəkib. Düzgün müraciət forması, cümləyə və efir məkanına uyğun düzgün sözlərin seçilməsi də vacibdir.

Qloballaşan dünyada ana dilinin yad təsirlərə məruz qalmasının qarşısını almaq üçün mütaliə aparılmalı, dilimizə daxil olan yeni sözlərin qarşılığını tapmalı, ən əsası isə yersiz ifadələrin işlənməməsinə çalışmalıyıq. Bütün bu işlər üçün isə hər bir vətəndaş səylə çalışmalıdır.   

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər