00:00:00
Yazar
Admin User
01.03.2016 07:38 418 1 dəq oxuma
Sosial

“Qloballaşan dünyada ana dilinin qorunması” layihəsi Tovuzda

TTV və “Tovuz” qəzetinin təşkilatçılığı ilə Tovuzda “Qloballaşan dünyada ana dilinin qorunması” adlı layihə keçirilib.
“Qloballaşan dünyada ana dilinin qorunması” layihəsi Tovuzda

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər fondunun maliyyə dəstəyi, TTV və “Tovuz” qəzetinin təşkilatçılığı ilə Tovuzda “Qloballaşan dünyada ana dilinin qorunması” adlı layihə keçirilib.

İnformator.az xəbər verir ki, layihənin məqsədi qloballaşan dünyada ana dilinin məruz qaldığı təsirlər, problemlər və onların həlli yolları müzakirə edilib. Müzakirədə iştirak edənlər Ana dilinin düzgün danışıq və yazılış qaydalarının pozulması bunun həlli yollarını göstəriblər. Dilimizdə qarşılığı olduğu halda, əcnəbi sözlərin yerli-yersiz işlənməsinin fəsadlarından danışılıb.

Eyni zamanda bildirilib ki, dil xalqın milli mənəvi təsdiqidir. Dil xalqın özü deməkdir.Xalqı yaşadan varlıq deməkdir xalqım varsa məndə varam,xalqımda var vətənim də var müstəqilliyim də var.

Müzakirədə iştirak edənlər qeyd edib ki, Azərbaycan dilinin zənginliyinin və inkşafının təbliğində ailə qədər orta məktəblərində üzərinə böyük  məsuliyyət  düşür. Xalqımızın varlığını təsdiq edən dilimizin qorunması təkcə aidiyyatı qurumların deyil hər kəsin ümdə vəzifəsidir

Gəlin zamanın, dövrün inkişaf etməsindən, dəyişməsindən asılı olmayaraq hər birimiz dilimizi qoruyaq.   Unutmayaq ki, Bu dil bizə əsrlərin, nəsillərin yadigarıdır.Onun saflığını, varlığını qoruyaq ki, .Yad təsirlərə məruz qalmasın!

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər