Qənaət: pul xərcləməyin incəsənəti
Qənaət etmək- Kiminə görə keyfiyyətsiz məhsul almaq, kiminə görə ümumiyyətlə çox şeydən imtina etmək. Əslində isə qənaət incəsənət baxımından gözəl pul xərcləməkdir. Bəs, görəsən, neçə nəfər bu incəsənətdən faydalana bilir?
Maliyyə məsləhətçisi Nisə Əsgərli hesab edir ki, maaş aldığımız gündən artıq xərclərimizi müəyyənləşdirməliyik: “Ən vacib xərclərimiz hansı sahəyə gedəcəksə, əvvəla pulu oraya ayırmalıyıq. Çoxları geriyə pul ata bilməməkdən şikayətlənir. Bunun üçün yenə də maaş aldığımız gündən 10%lik pul ayırmalıyıq. Amma həmin pulu da pula dönüşdürmək lazımdı. Yəni yastığımızın altında saxlamaq doğru deyil”.
Unutmayaq ki, büdcəmizi idarə edə bildiyimiz qədər pula sahibik. Qabaqcıl hədəflərimizi bilsək, harda qənaət etməli olduğumuzu da bilərik. Qənaətcil olmağınız diləyi ilə..
