Qonçarenko "Neftçi"nin baş məşqçisi ola bilər
"Neftçi" baş məşqçi postu üçün belaruslu mütəxəssis Viktor Qonçarenkonu nəzərdən keçirir.
"İnformator.az" "Report"a istinadən xəbər verir ki, "Ağ-qaralar" 48 yaşlı çalışdırıcını komandaya dəvət etməyi düşünür.
Bakı klubu Qonçarenkoya ötən il təklif göndərsə də, lakin bəzi səbəblərdən keçid baş tutmayıb. Qeyd edək ki, Viktor Qonçarenko ölkəsində "Bate", Rusiyada bir çox klubun baş məşqçisi vəzifəsində çalışıb.
