00:00:00
Yazar
Admin User
10.11.2023 12:28 361 2 dəq oxuma
Sosial

"Qoşaqovaq"da Zəfər Günü

"Qoşaqovaq"da Zəfər Günü

Bir çox insanlar "Qoşaqovaq" sözünü indiyədək eşitməyiblər. Qoşaqovaq Azərbaycanın dilbər guşələrindən biri olan Ağdaş rayonunun kəndidir. Bu kəndin girişində qoşa qovaq ağacları olduğundan kəndin adı da "Qoşaqovaq" adlandırılıb.

Kənddə cəmi bir orta məktəb var və sözügedən məktəb heç də böyük, əzəmətli deyil. Lakin məktəbin şagird və müəllim heyəti öz bacarıqları ilə kifayət qədər şöhrət qazanıblar.

 

Bu kiçik məktəb daim keçirdiyi tədbirləri ilə tarixə nəzər salaraq gələcəyə səfər edib. Belə tədbirlərdən biri də şanlı Azərbaycan ordusunun 10 Noyabr tarixində qazandığı böyük zəfərə həsr olunub. Tədbirdə iştirak edən şagirdlər öz çıxışları ilə, sözün əsl mənasında, bizi tarixin o çətin günlərinə apardılar, o dövrləri bizə yenidən xatırlatdılar.

 

Məktəbə yenicə qədəm qoyan 1-ci sinif şagirdlərinin çöhrəsində zəfərin, qalibiyyətin sevincini görmək olurdu. Onlar öz qəhrəmanları – igid ərənləri ilə qürur duyurlar. Axı onların qəhrəmanlarının hər biri haqq söyləyən vətənin haqqını qoruyan övladlarıdır. 

 

Tədbirdə vətənə həsr olunan bir çox mahnılar oxundu. Mahnılar bizə Yusifzadə Xudayarın nəfəsindən, Qasımlı Muxtarın düzgün əqidəsindən, Həşimov Poladın məğrur baxışından, Dövlətzadə Cəbrayılın namusundan və digər mərd oğullarımızın qeyrətindən danışdı sanki. 

 

Tədbirdə "Övladım gəlsin toy edəcəm" deyən, şəhidlərin ölməzliyinə inanan qəhrəman analardan, oğlunun tabutunu bayrağa büküb onunla birlikdə məzara girən mərd atalardan danışıldı. Kəfən yerinə qardaşını bayrağa bükən bacıdan, nişan üzüyünü şəhidin barmağına taxıb cavankən qocalan yoldaşından danışıldı. Atasının şəhid xəbərini gülərək qarşılayan körpədən və "Bütün bunların sonu xeyir olsun!" deyib dua edən millətin böyüklüyündən danışıldı...Əlbəttə, bu xalq haqqında danışılası çox qürurlu məqamlar var. Bu xalq Haqq savaşında bir olmağı – Dəmir Yumruğa çevrilməyi bacardı. 

 

Qoşaqovaq kənd tam orta məktəbində keçirilən Zəfər tədbiri hələ uzun illər yaddaşlarda qalacaq. Bu isə bizə burada təhsil alan şagirdlərin bacarığından və məktəb heyətinin peşəkarlığından və onların milli ruhundan əbədi xəbər verəcək. 

 

Maarif Məmmədli, BDU Jurnalistika fakültəsinin tələbəsi

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər