Qərbi Azərbaycanın tarixi ilə bağlı kitabın II cildi təqdim edilib
Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə Fairmont Bakuda Qərbi Azərbaycana qayıdış : "Tarixi torpaqlarda maddi-mədəni irsimiz" kitabının II cildinin təqdimatı baş tutub.
İnformator.az xəbər verir ki bu gün Qərbi Azərbaycanla bağlı maddi-mədəni irsimiz kitabının təqdimatı baş tutub.
Kitab Qərbi Azərbaycanın tarixi abidələri, məscidlər, tarixi yerləri barədə məlumatlar təqdim olunub. Kitabın təqdimatında ictimai xadimlər QHT sədrləri, o cümlədən, bir çox ziyalılar iştirak edib.
Tədbirə açılış nitqiylə başlayan Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin Sədri, Milli Məclisinin deputatı Zahid Oruc müzəffər Ali Baş Komandanın siyasi biliyi və ordumuzun əzmi sayəsində Qarabağımızın necə işğaldan azad edilməsi, eləcə də Qərbi Azərbaycana qayıdışla bağlı cənab prezidentin diqqətindən söz açıb.
STM idarə heyətinin sədri bildirib ki, bizlər sülh yolu ilə tez bir zamanda Qərbi Azərbaycana qayıdacaq və tarixi abidələrimizi bərpa edəcəyik və burda təbiidir ki, hamımızın üzərinə böyük yük düşür.
Daha sonra isə Azərbaycan Respublikası Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli bu tip tədbirlərin kitabların təqdimatını eləcə də mədəni irsimizin yaşadılmasını vurğulayıb.
Qərbi Azərbaycanın tarixi və mədəni irsindən söz açan Milli Məclisin deputatı Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin Sədri ( QAİ ) Əziz Ələkbərli isə bu məsələdə hamının birgə olmasının vacibliyindən söz açıb. Qərbi Azərbaycanla bağlı YUNESKO-ya müraciət edildiyini bildirən Əziz Ələkbərli bu məsələyə bağlı müzakirələrin davam edildiyini qeyd edib.
Tədbirdə həmçinin Mədəniyyət Nazirinin müavini Səadət Yusifova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu tip kitabların əhəmiyyətliliyinin və bütün sahələrdə aktiv olmağın vacibliyinindən bəhs edib.
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının üzvü kitabın müəllifi Əfqan Vəliyev kitabın 381 ədəbiyyata müraciət edildiyini qeyd edib. Bu kitabın ümumən mədəni irsimizin yaşanmasında böyük əhəmiyyəti olduğunu vurğulayan Əfqan Vəliyev tarixi Azərbaycan torpaqlarının parçalanmasından söz açaraq, Azərbaycan ərazilərinin necə bölünməsini də qeyd edib.
Qərbi Azərbaycanda olan dədə-babalarımızın deportasiyasından danışan kitabın müəllifi eyni zamanda, Ermənilərin ordakı tarixi abidələrimizin necə saxtalaşdırıldığını, məhv edildiyini və bu məsələlərdə hamımın birgə mübarizə aparmalı olduğunu vurğulayıb.
Daha sonra tədbir məruzə və çıxışlarla davam edib.
Elmir Heydərli
.png)
