00:00:00
Yazar
Aise Mustafayeva
22.09.2026 22:56 21 2 dəq oxuma
Gündəm

Qrenlandiya uğrunda yeni təhlükəsizlik xətti – ABŞ, Danimarka və NATO gündəmi

 

Qrenlandiya uğrunda yeni təhlükəsizlik xətti – ABŞ, Danimarka və NATO gündəmi

ABŞ Prezidenti Donald Tramp, Danimarkanın Baş naziri Mette Frederiksen və Qrenlandiyanın Baş naziri Jens-Frederik Nilsen arasında Qrenlandiyanın təhlükəsizliyinə dair üçtərəfli saziş sentyabrın 22-də Nyu-Yorkda imzalanacaq.

 

 

Saziş çərçivəsində Arktikada təhlükəsizliyin NATO-nun nəzarəti altında gücləndirilməsi də nəzərdə tutulur.

 

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli bildirib ki, bu, Arktikada 1951-ci il sazişindən bəri ən böyük genişlənmədir. Onun sözlərinə görə, proses cənubda Atlantik okeanına çıxışa, şimalda isə dəniz yoluna nəzarəti təmin edir. ABŞ faktiki olaraq Şimal qütbündə erkən xəbərdarlıq və raket əleyhinə müdafiə zəncirlərini bərpa edir:

 

 

"Vaşinqtonun Qrenlandiyanı ikitərəfli formatdan NATO-nun kollektiv nəzarətinə keçirməsi prosesin yumşalmasına səbəb ola bilər. Onun fikrincə, bu yanaşma Danimarka baxımından da əhəmiyyətlidir və NATO çərçivəsi mövcud fikir ayrılıqlarının aradan qaldırılmasına imkan yarada bilər".

 

 

Ekspertin fikrincə ilhaq ssenarisinin gündəmdən çıxması Danimarka Krallığının suverenliyinə hörmət baxımından əhəmiyyətlidir. Bununla belə, hüquqi status, Qrenlandiyanın daxili siyasəti və ABŞ investisiyalarına nəzarət kimi məsələlər hələ də sual doğurur.

 

 

Əziz Əlibəyli hesab edir ki, proses Rusiya və Çin üçün də yeni rəqabət mərhələsi yaradır. Vaşinqtonun əsas məqsədlərindən biri Çin və Rusiyanı Qrenlandiyada və Arktikanın şimal zonasında qabaqlamaq, onların təsir imkanlarını məhdudlaşdırmaqdır. Bu çərçivədə ABŞ-ın bölgədə hərbi imkanlarını, o cümlədən donanma və nüvə potensialını gücləndirməsi gözlənilir.

 

 

Çinin özünü “Arktikaya yaxın dövlət” kimi təqdim etməsi isə Qrenlandiya və bütövlükdə Arktikadakı proseslərin Pekinin mövqelərinə də təsir göstərə biləcəyini göstərir.

 

 

Aişə Mustafayeva

#gündəmi #baki #nato #danimarka #qrenlandiya
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər